Cülyetta
Səni mənim qədər kimsə anlamaz,Kimsə duya bilməz səni mənimtək,Sən ölmək istədin dünyada bir az,Beş saat...Bir saat...Bir qədər ölmək!
Sonra yenə qalxıb soyuq məzardanDuymaq məhəbbətin birin dadını.Sənə söyləyərdi hamı o zamanCavan Romeonun gözəl qadını.
Vəssalam.Yaxşıdır bəlkə bu ölüm –Yenə dirilirsən, ömr eləyirsən.Sevgidə,Gülyetta,A mənim gülüm,Belə bir oyunu istəmirəm mən.
Əgər baş tutsaydı bu oyun, düzü,Min ləkə gələrdi saf məhəbbətə.Nə sən, nə sevdiyin Romeo özüQovuşa bilməzdi əbədiyyətə.
Uşaq oyuncağı deyil məhəbbət,Onun əzabı da, nəşəsi də var,O həqiqət sevir, yalnız həqiqət –Həqiqi bir həyat!Həqiqi məzar!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-culyetta
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə çox pəncərə var şəhərimizdə,Ən çox işıqlısı...
“İL” uçur sürət ilə(Zarafatyana)*“İL” uçur sürət ilə,
Mən sənin yanına qışda gəlirdimMən sənin yanına qışda gəlirdim,Çiçək axtarırdım... Gəzdim hər yanı,
Qəlbimtək tutqundur payız səmasıQəlbimtək tutqundur payız səması,Axır gözlərimdən yaş gilə-gilə,
Başqa şairlərin şeirləri · Eşq
Ey Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.