Nə çox pəncərə var şəhərimizdə,Ən çox işıqlısı...O səninkidir!Gör neçə qağayı üzür dənizdə,Ən ağı-bəyazı...O səninkidir!

Nəzər sal xurmayı, sarı saçlara,Ən tündü, qarası...O səninkidir!Qəlbimi bəzəyir neçə min yara,Ən dərin yarası...O səninkidir!

Mənim borc alınmış bir həyatım var,Əmanət bir həyat...O səninkidir!Mənim şair kimi ülvi adım var,Ləkəsiz, təmiz ad...O səninkidir!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri