Zəmanəmi
Titrəyir əllərim, tor görür gözüm,Mənmi qocalmışam, ya zəmanəmi?Dolaşmır dəhanda söhbətim, sözüm,Mənmi qocalmışam, ya zəmanəmi?
Tutulur məclisdə igidin yası,Kar görmür qılıncı, polad libası,Gəlib bic əyyamı, namərd dünyası,Mənmi qocalmışam, ya zəmanəmi?
Belə zaman hara, qoç igid hara,Mərdləri çəkirlər namərdlər dara,Tərlanlar, laçınlar baş əyir sara,Mənmi qocalmışam, ya zəmanəmi?
Axır əcəl gəldi, yetdi hay, haray!Çəkdiyim qovğalar bitdi hay, haray!Tüfəng çıxdı, mərdlik getdi hay, haray!Mənmi qocalmışam, ya zəmanəmi?
Koroğluyam, Qırat üstə gəzərdim,Müxənnətlər başın vurub əzərdim,Nərələr çəkərdim, səflər pozardım,Mənmi qocalmışam, ya zəmanəmi?
Kitabxana.az · https://kitabxana.az/works/xalq-zemanemi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yə yenə bənd oldu könlüm birin simin bərə,Lam-əlif la, ləli-nabın bənzər abi-kövsərə,
İnəkHacı İbrahim verdi bizə bir inək,Hərəmizin əlində bir də dəynək.
Səndən sonra, ey tagi-sər başımaMixail Petroviç Kolyubakinə*Səndən sonra, ey taci-sər, başıma
YuxuZindan kimi, qəbir kimi qaranlıq –Bir gecəydi, hər şey, hər kəs yatmışdı.