Bu gün çar Edipəm,Qarşımda qullarƏsir əsim-əsim, titrəyir zağ-zağ.Bilmirəm hakimlər qorxunc olurlar,Yoxsa qul adəti əsməkdir ancaq?Əsir vəzirlərim, müşavirlərim,Ordular dağıdan sərkərdələrim,Əsir məddahlarım – öz şairlərim,Neçün əsdiyini anlamır heç kim.

Əsir haqq deyən də, nahaq deyən də,Əyrilər də əsir, düzlər də əsir.Əsir halallar da, haram yeyən də,Kirpiklər səyriyir, gözlər də əsir.

Sanki milyon başlı əjdahayam mən,Tərpənsəm bir anda dağılar aləm.Özümə baxıram – cılız bir bədən,Bir qul yumruğuna dözə bilmərəm.

Fəqət taxtın, tacın vahiməsiniO qul uca tutur öz qüvvəsindən.Azca tərpəndimmi, kəsir səsini,Dinsə dağ titrəyir onun səsindən.

Neron da, Pavel də, Qacar da, Kir dəBeləcə hökm edib...Keçib əsrlər...Edipəm, baxıram dövrəmə bir də,Mütilər...Mütilər zağ-zağ əsirlər.

Deyirəm yaxşı ki, səhnədir bura,Edip paltarında aktyoram mən.Uzaq olacağam bir saat sonraQullar dünyasının mütiliyindən.

Onlara baxdıqca iyrənir ürək,Önündə əsirlər kralın, serin.Onlar olmasaydı,güney qarıtəkÖmrü az olardı müstəbidlərin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri