Sevirdim xurmayı hörüklərini
Sevirdim xurmayı hörüklərini,Deyirdim gəlməsin bir tel zavala.Sinənə atardın bəzən birini,Birini salardın çiynindən dala.
Sonra sən onları kəsdirdin...Niyə?Bəzəmək istədin yoxsa hüsnünü?Sandım ki, qayçını sən gözəlliyə,Lap hüsnün özünə vurdun o günü!
Bu gün təsadüfən rast gəldim sənə,Örtmüşdü üzünü qısa saçların.Elə bil əvvəlki gözəlliyinəHüsnü calanmışdı bir ilk baharın.
Nə uzun hörüklər, nə qısa saçlarGözəllik deyildir!Yoxmuş xəbərim...Ölçməkdə, biçməkdə bircə günahkarMənim gözlərimmiş,vurğun gözlərim.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-sevirdim-xurmayi-horuklerini
← → düymələri ilə keçid, R — təsadüfi şeir