Ağ yalançı
Bir xaric dövlətdən bir əmirzadə,
Gəlibdir Tiflisə, gəzib azadə.
Görüb minarədə ozan verəni,
İslamı namaza dəvət edəni.
Xəbər alıb bir cühuddan bu kişi:
"Nə deyir o adam, nə olmuş işi?"
Cühud deyib: "Deyir, böyükdür Allah,
Burası doğrudur, düz deyir vallah.
Söyləyir ki, var Məhəmməd peyğəmbər,
Bu yalandır, uydurulmuş bu xəbər".
Əmirzadə söyləyibdir: "Hər halda,
Yalanı sən dedin, qoy qalsın yadda.
Çünki mümkün deyil edilə bəyan,
Öylə uca yerdən söylənə yalan".
Kitabxana.az · https://kitabxana.az/works/hasenali-xan-qaradagi-ag-yalanci
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aləmdə var aşiqidən bir mənəm sənə,Bil qədrimi ki, bunca mənəm, ey sənəm, sənə.
Aşiq olan o türreyi-zülfi-müənbərAşiq olan o türreyi-zülfi-müənbər,Divanələr kimi düşər axırdə çöllərə.
Bəh, bəh bu dilbərin nə əcəb xoş məqalı varBəh, bəh bu dilbərin nə əcəb xoş məqalı var!Gülgün cəmalı üzrə gözəl xəttü-xalı var!
Bir ləhzə istəməm olasən dur, mən səniBir ləhzə istəməm olasən dur, mən səni,Gözdən-könüldən , ey gözimə nur, mən səni.