Şəninə hər yerdə tərif, söz olub,Rəqibin az olub desəm düz olmaz.Neçə siyahıdan adın pozulub,Tarixə yazılan heç vaxt pozulmaz!

Məcnunu olduğun təbiət kimi,Xalqın ürəyində ilahiləşdin.Bütün paxıllara bir ibrət kimiRəqiblər kiçildi, sən dahiləşdin!

Bu dilsiz ağaclar necə oxuyur?Necə şair deyir bu lal qayalar?Nə gözüm yorulur, nə könlüm doyur,Dil açıb danışır rənglər, boyalar.

Rəssamlıq ilahi vergiydi səndəBəs necə oxutdun gülü, çiçəyi?Görünür üç ürək varmış səsində:Füzuli, Üzeyir, Səttar ürəyi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq