Bir yoxsul, bir zaman gedib hamama,Soyunub, əl atıb çanağa, caına,Doldurub çanağı, başma töküb,Elə ki, canını isladıb, çöküb,Söyləyib dəlləyə: "Mənə çək kisə,Amma pulum yoxdur, qalsın nisiyə".Dəllək gəlib fıtələrdən götürüb,Bir tərəfdə yer qayırıb, oturub,Yoxsulu uzadıb, kisəni çəkib,Sürtübdür bədənin çirkini töküb.Deyibdir: " İndi də qaldır özünüQalmasın, qoy sürtüm dəxi üzünü".Yoxsul deyib: "Ta kafıdir, çox yaşa!Qara üzüm sən ağartma, çıx başa.Ağ günə aləmdə bais paradır,Əlim boşdur, mənim üzüm qaradır".Üz ağlığı, Qarabaği, paraymış,Yoxsul üzü ağ olsa da, qaraymış.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri