Sən dedin: – Ay gözəldi!Qəmər xoşuna gəldi...Mən dedim: – Ay da gözəl,Sıx bulud da, sevgilim!

Sən dedin: – Nəğmə xoşdur,Sükut göy kimi boşdur.Mən dedim: – Nəğmə də xoş,Lal sükut da, sevgilim!

Sən də doğru söylədin,Mən də düz dedim, fəqət,Hər qəlbdə başqa cürəDilə gəldi məhəbbət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri