Məni yollarda axtar,Eniş-yoxuş yollarda.Döyəcləsin üzüməYağan yağış da, qar da.Elə yolda axtar ki,O, üfüqə dirənsin.Elə yolda axtar ki,O hər yandan görünsün.O yollar uzun olsunÜmid intizarıtək,O yollar uzun olsunİnsan arzularıtək.

Desələr ki, qaranlıqÖrtüb bütün aləmi,Desələr bir yaranınÇatışmayır məlhəmi,Desələr bir körpəninGözləri yaşla doldu,Desələr bir ananınQəlbi təlaşla doldu,Desələr ki, hardasa

Yenə ağrı-acı var,Bir nəfərin ömrünəElin ehtiyacı var, –Bu yaralar sağalsın, –Sən orda axtar məni.El! – deyə oddan keçənYollarda axtar məni.

Bir gün mənim ağacımDüşsə belə əlimdən,Küncə atılıb qalanDaş ola bilmərəm mən.Qoltuq cibə sığışanKiçik bir ktabımla,Bir cahana sığmayanDərdimlə, əzabımlaYenə yola çıxaram,Daş-kəsəkli yollara.Ya qərib durnalarınDüzüldüyü qatara,Ya zirvələr fəth edənAlpinist dəstəsinə,Ya okeanlar keçənQəvvaslar cərgəsinəQoşularam, gedərəm –Sularda axtar məni.Qışla cidala girmişBaharda axtar məni.Bir söz –yollarda axtar,Yollarda axtar məni!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri