Qatar cənuba gedir.Yolların kənarındaCavan-cavan meşələr yamyaşıl bulud kimidir.Yaşıldı səthi axan, çağlayan suların da,Bu zümrüd aləmə bax,Yamyaşıl sükut kimidir.

Bu sükunət şüşətək quşların səsində sınır,Hər kiçik qəlpəsini dinlə – yamyaşıl nəqərat.Çökür axşam.Bütün hər yan yaşıl alovda yanır,Yaşıl sel içrə düşüb sanki qərq olur bu həyat.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar