Vətən
Mən səndən bir yaşıl budaq istədim,Sən mənə bəxş etdin zümrüd meşələr.Mən səndən kiçik bir otaq istədim,Sən mənə bəxş etdin dilbər guşələr.
Mən səndən adicə həyat istədim,Sən məni çıxardın min-min səhərə.Mən səndən kiçik bir qanad istədim,Sən məni uçurdun ənginliklərə.
Mən səndən bir dəstə çiçək istədim,Mənimçün dörd fəsli yaz elədin sən.Mən səndən ilhamlı ürək istədim,Sən mənə təb verdin milyon ürəkdən.
Mən səndən kiçik bir sevinc istədim,Sən mənə bəxş etdin bütöv səadət,Mən səndən bir parça bürünc istədim,Sən mənə bəxş etdin xəzinə, dövlət..
Mən səndən istədim açıq bir alınSən mənə bəxş etdin əzəmət, vüqar,Mən də başıaçıq, ayağıyalınYolunda can qoysam, yenə az olar.
Bəlkə buna görə əzəmətlisən –Nəyin var vermisən əsirgəmədən?!Sən bir ana kimi səxavətlisən,Anam Azərbaycan, Vətən, can Vətən!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-veten
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Dar qəbirdən fərqi nədir, deyin zülmət bir zindanın?!Arazın o tayındakı mənə doğma bir məkanın
Bir müəlliməO kasıb oğlanı qaytardın geri,Kükrəyən bir çayın yolunu kəsdin.
Xosrov və Şirin, fəsil 101Xosrov dedi: "Mənə çərx gərdişindən,Bu yerdən, havadan bir az danış sən."
ای آفتاب روی ترا ماه مشتریجانش مباد، هرکه کند از تو دل بری