İlk baharda
Novruzgülü gözləriniKörpə kimi açdı yenə.Güneylərə, quzeylərəÖz ətrini saçdı yenə.
Keçdi bulud qalaqları,Güldü vətən torpaqları,İlk baharın dodaqlarıTəbəssümlə qaçdı yenə.
Bulaqların dindi sazı,Salamladı gələn yazı.Kür üstünün gözəl qızıSöyüd yaşılsaçdı yenə.
Yurdu el-el gəzirəm mənBahar bu il gəlib erkən.Qızıl lalə, yaşıl çəmənÇöllərimə tacdı yenə.
Al geyinir el baharda,Şirvan, Muğan, Mil baharda,Gözəl olur il baharda,Nəğmələrim coşdu yenə.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-ilk-baharda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sevirdim xurmayı hörüklərini,Deyirdim gəlməsin bir tel zavala.
Telefon budkasının döyülür pəncərəsiTelefon budkasının döyülür pəncərəsi,Əsəbi bir qadının gəlir qəzəbli səsi:
Elə bildim bahar gəldiElə bildim bahar gəldi,Sellər coşdu, sular gəldi,
İnciyib, söylə neçün getdin sən?İnciyib, söylə neçün getdin sən?Gəl ki, qəlbim sıxılır təklikdən,