Anbardara xitab
Xuda rəhm etdi, nazil oldu rəhmət:Yağış yağdı, işıqlandı ziraət.
Yağış yağdı, yaşıl oldu çəmənlər,Açıldı lalələr, xoş nəstərənlər.Yumuşandı zəmin, ey cüt sürənlər,Öküz etmir daxı yerdən şikayət.
Durun ey kövkəbi-bəxti yatanlar,Durun, ey buğdaya arpa qatanlar,Tökün göz yaşı, ey qəllə satanlar,O qədri ki, gözüz olsun cərahət.
Dedim: Buğda alıb yığsan sarayə,Qəmin artar bulut gəlsə həvayə,Pulun çoxdur, apar ver qəndə, çayə,Yağış yağsa ona vurmaz xəsarət.
Yağış məsrur edər əhli-dehatı,Ucuzlatmaz fəqət çayı, nəbatı.Ağırdır qəndü çayın maliyatı,Ona nə səndə var, nə məndə taqət.
Yağış eylər yeri sirab, əmoğlu,Ucuzlatmaz suyu mirab, əmoğlu,Verər xeyri sənə bu ab, əmoğlu,Əgər hər gün yağa beş-altı saət.
Verər su nırxına hacı tərəqqi,Xuda verməz ona peyəmbər həqqi,Sökər beynün mirabın dəqqə-dəqqi,Misali ibni Sədi-bimürüvvət.
Baharın çox gilası var, xiyarı,Uşaq sahibləri sevməz baharı.Sabah uşqun başın qovzar yuxarıYetiş imdadə, ya şahi-vilayət!
Uşaq: var-yox nədir-bilməz; deyər: Al!İlahi, olmayaydı kaş baqqal,Əgər sən də olaydın, sahib ətfalYaratmazdın bu qədri nazü nemət.
Nə baqqalda var insaf, nə dərəndə,Hucum eylər uşaq alça görəndə.Palası sat və ya qaç get MərəndəVə ya keç abirudən ta qiyamət.
Qazandı yüz tümən biçarə Möcüz.Dedilər: Al bir arvad, yatma yalqız.Onu xərc etdi toyda, qaldı pulsuz,Gəl, indi eylə baiskarə lənət!
Kitabxana.az · https://kitabxana.az/works/mocuz-anbardara-xitab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə yatmısan, dur, ey saqi, ki, yay misli bahar oldu,Bulut od yağdırır dünyayə, aləm tarü mar oldu,
Bədbəxt o kimsədir ki...Fəsli-bahardı keçir idim laləzaridən,Xoş sövt ilə oxurdu, eşitdim həzaridən.
Bəsdir yetər axir!Nədir bu nazü istiğna, gecə oldu səhər axir,Könül şad eylə bir tək busə ilə ey gözəl, axir!
CumhuriyyətəSaqiya! Bir badə ver əbnayi-cümhuriyyətə,Təşnədir əhli-vətən səhbayi-cümhuriyyətə.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gecə etdim uyqumu kənar,Sordum:
Kədər başdan-başa sinəmi tutmuşKədər başdan-başa sinəmi tutmuş,Nəfəs almağa da yer saxlamamış.
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Oldu: Bürci-nəhsə düşdü kövkəbi-bəxtimBürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,