Dənizin səthinə bax, gör nə hamar.
Dənizin səthinə bax, gör nə hamar.Dayanıb seyr eləsən diqqətlə,Deyəcəksən o zaman heyrətlə,Deyəcəksən hökmən:Suların örtüyü vardır şüşədən.
Dənizin səthinə bax, gör nə hamar.Göylərin əksi düşübdür sulara.Dənizin rəngi yaşıl, mavi, qaraQırmızı, ağ və sarı –Bir ipək tül kimi örtmüş suları.Seyr edib söyləyəcəksən hökmən.Suların örtüyü vardır şüşədən.
Yenə şiddətlənib hayqırdı külək:Baxıram dalğalanıb coşdu sular,Mavi səhranı sanki şumladılar! –Dənizin şüşəsini qırdı külək.
Livadiya, 1958
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-denizin-sethine-bax-gor-ne-hamar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ulduzlar oyaqdı, qəmər oyaqdı.Gecə rəngindədi hələ dan yeri,
GözlərinMənimçün yol yoxdur burdan o yana,Eviniz sonuncu dayanacaqdır,
Kədərin rəngiYalansız, riyasız, rəngsiz, boyasız, –O gözlər el qoşan dastan kimidir.
MəhəbbətimizÖz doğma ananın gözlərinə baxSən görmək istəsən kədər rəngini.