Yalansız, riyasız, rəngsiz, boyasız, –O gözlər el qoşan dastan kimidir.Sevinc onun ağı, kədər qarası,Gözlər yeddi rəngli cahan kimidir.

Rəssamlar çox asan çəkir sevinci,Vurur rənglərini qızıl səhərin.Lakin mən tapmışdım bunu birinci:Rəngi necə olur qəmin, kədərin.

Onu nə Rafael görüb bir zaman,Nə də Leonardo da Vinçi görüb.Onu bir cüt gözə çökəndə dumanMənim bu gözlərim birinci görüb.

Atam evimizdən uzaq düşəndə,İlk dəfə dizimə yamaq düşəndə,Bir insan əlindən çomaq düşəndəO rəngi anamın gözündə gördüm.

Qızlar oğlan kimi şinel geyəndə,Ellər ağ kağıza “qara” deyəndə,Bu həsrət, bu möhnət beli əyəndəO rəngi anamın gözündə gördüm.

Ocaq soyuyanda, təndir sönəndə,Təknə yüngülləşib qova dönəndə,Şən mahnı susanda, ağı dinəndəO rəngi anamın gözündə gördüm.

Tale mənim üçün tələ quranda,Yalançı şahidtək üzə duranda,Qış məni yandırıb, yay dondurandaO rəngi anamın gözündə gördüm.

Topla rənglərini baharın, qışın,Qövsi-qüzehi də cala ona sən.Topla rənglərini torpağın, daşın,Kədərin rəngini tapa bilməzsən.

Onu bu dünyada mən kəşf etmişəm,Tapıb ad vermişəm,O heç itərmi?Könül xəritəmə mən nəqş etmişəm,O mənim yeddinci təzə qitəmdir.

Dəyişir yer, səma, səhər rəngini,Qəm-qüssə rəngini dəyişmir ancaq,Sən görmək istəsən kədər rənginiÖz doğma ananın gözlərinə bax...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri