Mənimçün yol yoxdur burdan o yana,Eviniz sonuncu dayanacaqdır,Gözlərin salıbdır məni tufana,Onlar da tufandan qurtaracaqdır.

Qovacaq yolumdan qatı zülməti,Onlarla güləcək hər arzum mənim.Mənə bəxş edəcək əbədiyyətiBir cüt qara rəngli ulduzum mənim.

Həyat yollarında azsam da bu günO gözlər edəcək yolumu bəlli.Yelkəni daşlara dəysə ömrümünO gözlər olacaq mənə təsəlli.

O gözlər atəşli vulkan kimidir,Soyumaz alovu, sönməz ziyası.O gözlər el qoşan dastan kimidir, –Yalansız, riyasız, rəngsiz, boyasız.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri