Yalan
Başçı yalan danışsaEllər çəkər xəcalət.O torpaqda, o yerdəİtər xeyir-bərəkət.Gül-çiçəklər saralar,Vaxtsız solar bahar, yaz.
Sevən yalan danışsaLəkələnər məhəbbət.Dönüklük at səyirdər,Ölər vəfa, sədaqət.Dodaqda nəğmə donar,Susar kaman, telli saz.
Şair yalan danışsaQara geyər həqiqət.Göydə günəş qaralar,Örtər torpağı zülmət.Allah yalan danışar,Şair yalan danışmaz!
Budur şair yalanı,Dinləmişəm onu mən,Dinləmişəm onu mənBir şairin dilindən:
“...Bir qolsuz əyləşibdirPiano arxasında,Kor not varaqlarınıO çaldıqca çevirir.Bir lal nəğmə söyləyirSəhnənin ortasında,Kar dinləyir, düşünür,Kədərlənir, sevinir...”
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-yalan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gizlətmə gözünü, gözünə qurban,Ürək görünməyir göz gizlənəndə,
Bəzən düşünürəm: köhlən bir atamBəzən düşünürəm: köhlən bir atam,Yollarda at kimi səkməliyəm mən,
Bizim planetMeteor selini keçib cürətləLacivərd göylərə insan saldı iz,
VətənMən səndən bir yaşıl budaq istədim,Sən mənə bəxş etdin zümrüd meşələr.
Başqa şairlərin şeirləri
Arizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
Aşıq Valehin Qənbərə cavabı(birinci cavabı)Sən tək təbibin gözləri azarə düşərmi,