Ah, neçə ünvana getmir ayağım
Ah, neçə ünvana getmir ayağım,Neçə qapı zəngi cingildətmirəm.Gör neçə nömrəni yığmır barmağım,Nə qədər həyətə, evə getmirəm.
Mən niyə vəfasız olmuşam belə?Bu qədər dönüklük kimdə tapılar?Nədəndir, nədəndir bəs ildən-iləÜzümə açılmır tanış qapılar?
Gah aşlı, gah da ki, pendir-çörəkliDaim açıq olan süfrələr hanı?Hanı o gülümsər, mənə gərəkliSözlü, zarafatlı çöhrələr hanı?
Yoxsa dost evləri çıxıb yadımdan?Xəyala gedirəm mən bir anlığa...Bir dost ünvanını gəzdiyim zamanYolumu salıram qəbiristanlığa...
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-ah-nece-unvana-getmir-ayagim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xərclədim gəncliyi qara pul kimiYerini bilmədən, əsirgəmədən.
Məhəbbət, qəribə oyunların varMəhəbbət, qəribə oyunların var,Sən demə, sevirmiş hətta ilanlar.
Tarizən, çaldıqca qurtarmır yenəTarizən, çaldıqca qurtarmır yenə,Sinəndə nə qədər mahnı var sənin!
Yaman oxşayırsan, deyirlər, mənəYaman oxşayırsan, deyirlər, mənə,Qaşların, gözlərin guya mənimdir.