Təzələndi
Gəldim Kür sahilinə,Sahillər təzələndi.Söyüdlər saç dağıtdı,Xəzəllər təzələndi.
İllər gerimi döndü?Üzü bərimi döndü?Gəncliyimi gətirdi,O illər təzələndi.
Mənim Arazlı Kürüm,Sizi müdam cüt görüm!Sularınız qovuşdu,Gur sellər təzələndi.
Yarpağı dinar-dinarAğcaqovaq, göy çinarƏl çaldı küləklərə,Könüllər təzələndi.
Sahil boyu Muğan, MilYandırdı neçə qəndil.Gecələr ulduz olub,Qəndillər təzələndi.
Duyğular yurdu sinə,İlhama gəldi yenə.Təzələndi arzular,Əməllər təzələndi.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-tezelendi
← → düymələri ilə keçid, R — təsadüfi şeir