Sənəma! Talibdir üzünü görməgə ürək
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Sənəma! Talibdir üzünü görməgə ürək,
Aç üzün ta ki gözəl üzünü bir an görək.
Şanə vurduqca pərişan olur o zülfdə mu,
Xatirim cəmliginə qoy o pərişani hörək.
Məqdəmin səcdəgəh olmuşdu pərəstişlərinə,
Qoyaram səcdə üçün başım ayağın öpərək.
Hər görən hüsni-cəmalın sənin heyranın olur,
Əql daşından uçur görcək üzarın ötərək.
Möhnəti-qəmzədənin illəti dərdin bildin,
Bu nəhan sirrdir, etmək bunu əfşanə gərək.
Cilvəgahindan ötən cazibeyi hüsnin olur,
Neçə pərvanə yanır dövreyi şəmdə uçaraq.
Nəql məhfillər olub nəqli-kəlamın, Şeyda,
Xassə mənası vəli a’mə də əfsanə gərək.
Kitabxana.az · https://kitabxana.az/works/necefqulu-bey-seyda-senema-talibdir-uzunu-gormege-urek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Söhbəti hal əhlinin ruhə təravət verir,Ruh təravətli, həm cismə zərafət verir.
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar olaYoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Ey qaşi kaman, kirpiyi ox, ləbləri mərcanEy qaşi kaman, kirpiyi ox, ləbləri mərcan,Şəhd-i ləb-i ləlin mən-i biçarəyə dərman,
OlaydıA gül şaxı, yaşıl yarpaq açmısan,Nə xoş olur, qönçələrin olaydı.