Turac
Çıxdı Kürün qırağındaQarşıma bir bala turac.Yada düşdü keçən günlər,Kaş o dəmlər ola, turac!
Ürkək gözəl təkdi, keçdi,Kolluqlarda səkdi keçdi.Sinəmə dağ çəkdi keçdi,Getmə bir an, qal, a turac!
A Muğanın gözəl qızı,Unutdunmu andımızı?At işvəni, burax nazı,Qon yamaca, yala, turac!
Gəl səninlə səhər-səhərSeyrə çıxaq biz bir qədər.Ömrümüzdən keçən günlərBir də dönmür dala, turac.
Çöllər yanar Kür olmasa,Qəlb boş qalar sirr olmasa,İki ürək bir olmasaDostlar getməz yola, turac.
Kürçaylı adlanan kəsinDərmanıdır sənin səsin.Sən oxu, o şeir desin,Qıyma əhli-hala, turac!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-turac
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən sənin yanına qışda gəlirdim,Çiçək axtarırdım... Gəzdim hər yanı,
Qəlbimtək tutqundur payız səmasıQəlbimtək tutqundur payız səması,Axır gözlərimdən yaş gilə-gilə,
Dənizdə Ay çimirdiDənizdə Ay çimirdiYanaqları gümüşü.
Gözləyirsən onu könlündə ümidGözləyirsən onu könlündə ümid,Gözlərin yol çəkir həsrətlə yenə,
Başqa şairlərin şeirləri
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.
GörünürQara qaşlım, sağın dolan,Qoynunda narın görünür.
YükümHikmətindən bağlanıbdı,Dürrə misaldı yüküm.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm