Əsdi payız yelləri,Çiçəklər gizləndilər.Uzaq elli durnalarSəmada düzləndilər.

Saçını yoldu bağlar,Uru yığdı uşaqlar.Yun əlcəklər, papaqlarYenə əzizləndilər.

Bir az keçdi yağdı qar,Dərə, təpə, çöl hamar.Yollar, izlər, cığırlarTəmam təmizləndiər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar