Tarix dərsi
Oğlum imtahandan kəsilib dünən,O yaxşı bilməyib tarix dərsini...Elə bil ürəyim kəsildi birdən,Düşündüm bu dərdin fəlsəfəsini.
Oğul,Tarix dərsi elə dərsdir ki,Hakim də, məhkum da unutmur onu...Tarixin bir fəsli sənə bəsdi ki,Biləsən bir əsrin nə olduğunu.
Dünəndən bu günə xəbər gətirənMən özüm canlı bir tarix kimiyəm.Kitaba, dəftərə baxmasam da mən,Əzbərdən bir tarix söylərəm bu dəm.
Bir vaxt uşaq idim sənintək, uşaq...Yox, qismət olmayıb uşaqlıq mənə,Anadan, bax belə, saç-saqqalı ağ,Alnı qırış gəldim dünya üzünə.
Çanta götürmədim,Hardaydı çanta?Qəzetə bükürdüm kitab-dəftəri.Bəzən də xırmanda dərz çata-çataTəkrar eləyirdim keçən dərsləri.
Çörək aparmırdım məktəbə... çörək...Gözlərin dolmasın – tarix budur, bax,Kiçik uşaqlardıq – boyu bir çərək,Fəqət düşünürdük cəbhəni ancaq.
Yarma sayılardı qazanda, bəli,O da tapılardı dibə çökəndə.Əsib titrəyərdi anamın əliNimçəyə bir qaşıq sıyıq tökəndə.
İçərdim sıyığı, dənsiz durunu,Yalnız su görərdim qaşığımda mən.Bəlkə də H₂O düsturunuOnunçün bilirəm indi əzbərdən!
Fizika sevdiyim fənn idi, fəqətOndan iki bildim işıq bəhsini.İşıqlar sönərdi,Hər yanda zülmət,Zülmətdə keçmişəm işıq dərsini.
Oğul,Budur mənim həyatım, yolum.Bax, bu dediklərim tarix deyilmi?Söylə, necə oldu, a dərdin alım,Bunları bilmədin sən mənim kimi?
Dərsdən kəsilənim,Bilmirsən məgərBunların üstündə ucalmısan sən?Bunları mənimtək nəql etsən əgər,Deməli tarixdən beş almısan sən.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-tarix-dersi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ya qonaq, ya qərib, ya səyyah ol sən,Harda könül açan mahnı eşitsən,
Yüz süfrədə müftə nemət dadsan daYüz süfrədə müftə nemət dadsan da,Yalnız əməyinə minnətdar ol sən.
Süfrə nəğməsiAy eloğlu, biz toyuna gəlmişik,Məclisimiz məclislərə calansın.
Dünya ovcumdadırDünya ovcumdadır nəğmələriylə,Dünya ovcumdadır qəm-kədəriylə,
Başqa şairlərin şeirləri
Kəmali-rifəti-Şirvan mə'lum,Maarif mə'dəni xaki-Qubadır.
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Könül, cahanda qəmi-hicri-yarə səbr eyləKönül, cahanda qəmi-hicri-yarə səbr eylə,Nə qədr vursa sənə yar yarə, səbr eylə.
YatarlarSəhərdən oğradım məzərisdana,Əlini dünyadan çəkmiş yatarlar.