Bizim el
Ya qonaq, ya qərib, ya səyyah ol sən,Harda könül açan mahnı eşitsən,Dinləsən ürəkdən qopan bir hava,Görsən qonaq sevən bir el, bir oba,Görsən açıq ürək, mehriban sifət,Görsən təmiz duyğu, təmiz məhəbbət, –Deməli, əzizim, bizim eldəsən,Şirvanda, Muğanda, ya da Mildəsən.Ya Kürün, Arazın qırağındasan...Bir söz – Azərbaycan torpağındasan.
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-bizim-el
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Vətən
Allah, Allah, bu nə dünya, bu nə bəşər?!Gözgörəti insan yanır, insan ölür:
VətənMən dərmişəm bənövşəni, nərgizini bahar çağı,Mən görmüşəm sinəndəki laləzarı, buz bulağı
Sən əgər olmasan, ey gül, mənə canan kim olar?Sən əgər olmasan, ey gül, mənə canan kim olar?O xumar gözlərinə valehü heyran kim olar?
Qarabağ boy-boy!Nə qədər mümkün olursa, Vətəni soy-soy-soy,Qarabağ boy-boy-boy.