Çeçen faciəsi
Allah, Allah, bu nə dünya, bu nə bəşər?!Gözgörəti insan yanır, insan ölür:Körpəsiylə, qocasıyla, xəstəsiylə;Torpaq yanır: bulağıyla, ağacıyla,Torpaq yanır: havasıyla,Qarışqası, böcəyiylə;Tank altında tapdalanmış toxumuyla.
Didir insan bir-birini;Yeyir insan bir-birini.Bilmək olmur kim günahkar,kim haqlıdır.Hamı, hamı günahsızdı-silahsızdı,Hamı, hamı günahkardı-silahlıdı.Cənab nazir, mən görmüşəm,Çox görmüşəm tank burnundaÖlümlə birbeynəlmiləl nəğmələri gətirəni.Çox görmüşəm.Çox görmüşəm qana batmışəlləri mən.Çək tətikdən əllərini,Yüz xaraba, min xarabamüəllifi əllərini.Kiçiklərin böyüməsi çətin işdi,«Böyüklərin» kiçilməsiçox asandı.Dünya özü yaxşı bilir:Raketlərin qanadında qayda getmir,Qanun getmir heç diyara.Qayda-qanun dediyiniürək yazır, əl daşıyır;Öz əlinlə öz yurdunaölüm dartmaq! –Bu «yeni» bir hərbi məntiq!Öz yurdunu şum eləmək,Qan axıtmaq, sonra, sonraSu axtarmaq – qan yumağa?!«Mənim» – deyib o torpağı,Əkmək, sonra mərmi səpmək,Çox qəribə davadı bu.Çox qəribə məntiqi varbu qırğınınÇox qəribə sualı varCavabı yox bu qırğının,Cavabı yox...
10 yanvar 1995
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-cecen-faciesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən özüm bilirəm nəçiyəm, nəyəm;Tikdiyim bu daxma, hördüyüm budur,
Əgər mən özümlə üz-üzə gəlsəm...İkiləşir, özü ilə üzləşir insan.Bu dünyada, o dünyada, hardasa bir gün
Ya rəbbim, bu dünya sən quran deyilİnsandan insana körpümüz sınıb,Ya rəbbim, hamımız sənə sığınıb.
Ata millət, ana millət, ağlamaPəncərəni külək döyüb ağlasa,Eyvanına quşlar qonub ağlasa,
Başqa şairlərin şeirləri · Vətən
چو وقت آمدنم دیر شد بهانه نمود
"Kəlniyyət" məcmuəsinin ruhunaÖtdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.
DağlarOna qanad verən öz xəyalıydı,Məskəni dağların yaşıl yalıydı.
Odlar yurduMənə Odlar yurdu demiş babalar,Odumdan əriyib qaçır boran, qış.