Bütün qoluzorlulara nifrətim var:Boylu olsun, alçaq olsun,Lətti olsun, qıvraq olsun,Çinli olsun, çinsiz olsun,Dinli olsun, dinsiz olsun...

Bütün qoluzorlulara nifrətim var,İnsan ölür,Yurd dağılır göz qabağında,Ölən niyə yaranmışdı?Bu yurd niyə qurulmuşdu?Körpə niyə doğulmuşdu?Deyəmmədik – sən də, mən də.Öldürənin böyründəcə sən də vardın,Mən də vardım şeytanla bir.Sözə baxın: şeytan insan öldürürdüİnsanla bir.Şeytanın da, insanın daBirgə təlim keçdiyiniÖzüm gördüm öz gözümlə.İnsanın başında şeytan papağı,Şeytanın başında insan papağı.Özləri beləcə dəyişmişdilər;Aylarla beləcə döyüşmüşdülər.İnnən belə deyin görüm:Öldürən kim, ölən kimdi?Deyin görüm: qıran kimdi?Quran kimdi? Bölən kimdi?

Bütün qoluzorlulara nifrətim var...Ürəyimdə bir içimlik məhəbbət qalıb,Ürəyimdə bir udumluq mərhəmət qalıb...Qoyun ölüm öz dərdimlə, siz Allah!

24 yanvar 1995

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm