Nə dona girsə də ilandır, ilan,Lənət ağına da, qarasına da.Nə dildə danışsa, – şeytandı, şeytan,Lənət bozuna da, alasına da.Bunu mən demirəm, babalar deyib:Qurdunan yoldaş ol, çomağı bərk tut,Göz qırpdın, qapacaq o üzə gülən,Az oldu, yaltaqdı, çox oldu, cəllad.«Böyüklər» dalında gizlənə bilənFərqi yox kişidi, fərqi yox arvad.İçində gizlənər eşik görkəmi;Sümsünər it kimi, sinər qurd kimi,«Böyüklər» dalında görünməz onlar.

Beləcə, kiçilər «böyük olanlar»Beləcə böyüməz kiçik olanlar.Ayaq yalayanlar – küçük olanlar,Kiçiklər zənciri böyük əlində,Yüz səmtə qısqırdar yeri gələndə.Yüz yol söz verildi, and da içildi,Unutduq: «bu itlər girəvəcildi»,Çevrildin, qəfildən qapacaq səni,Qapıb öz baltanı çapacaq səni,Hələlik bu düşüb baxtımıza, bu,Hələlik doğrudur bu acı doğru.Ayıq olmalıyıq hər yerdə ayıq,Süfrədə, yataqda, səngərdə ayıq,Mən ayıq, sən ayıq, sərkərdə ayıq...

O kimdi dəm olan özgə yasından?O kimdi haqsızı haqlı eləyən?Ayını təzdirib mağarasından,«Bu mənim tarixi muzeyim...» – deyə!İçər sağlığına bir məkri varsa,Yoluna bir qucaq təbriklə çıxar.Süfrəndə yağlıca bir tikə görsə,Ağzında dişinə şərikli çıxar.Bundan da betərdi öz olanımız,Əyri olanlardı düz olanımız.Bundan da betəri: bölgəbazlarıq,Badələr dalında ölkəbazlarıq.

Qeyrətdən güc alar gücü az ölkə,Ölkə yox, ölgədir qorunmaz ölkə.Bu, mənim vəzifəm: əli qələmdə,Bu, mənim vəzifəm: sözü kürsüdə...Bu, sənin vəzifən: əli tətikdə,Bu, sənin vəzifən: gözü üfüqdə...

Başımın üstündə müqəddəs Quran,Sənə inanıram, ölkə rəhbəri.Sənə inanıram, keşikdə duranAyıq Vətən oğlu, Vətən əsgəri!

8 may 1995

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri