Günəş elə bil ki, zirvədə yatır,Baxıb bir lövhəyə, heyran qalmışam:Dağın zirvəsində gün-günortadır,Dərənin dibini haqlayır axşam.

Bir parça buludda bir dəniz yükü,Külək uğultusu qış nəğməsidir.Tərtərin ən ağır, ən əziz yüküGül-çiçək ətridir, quş nəğməsidir.

Vəhmi dağ titrədir sel nərəsinin,Bir çayın səsinə bir dərə dardır.Yarğanda uzanan qar tirəsininNəhəng bir timsaha oxşarı vardır.

Kölgə var uyuyur qaya dibində,Elə ömürlük də uyuyacaqdır.Uzaqda alışan bir kibritin dəQoxusu burnunda duyulacaqdır.

İstisu, iyul, 1968

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar