Səbrimdən inadıma məktub
Hər «səfər» qabağı mənimlə danış,Məni məşvərətçi baba bil hərdən.Nənələr duası yola salmamışİgidlər az dönüb uzaq səfərdən.
Arabir ürəyin hökmündən daşın,Arabir sən ağlın ağzını ara.Təmkinsiz əllərdən atılan daşınÖzü də pillədir çox azğınlara.
Çəkməli olsan da boş yüyənləri,Üzəngi basmaqdan özünü saxla,Bircə şapalağa dəyməyənləriHörmətə mindirmə bir şapalaqla.
Yüyrək demirlər ki, hər qaçağana,Qaçmayan qovulsa yaxşıdı bəlkə.Ömrümüz qibtəçi bir sağsağana,Səhvimiz sağsağan yaşıdı bəlkə.
Nə pisdir – şaxəli budaq içindəQalasan bir tənha yarpaq kimi sən;Sən hərdən bir dəstə uşaq içindəOyuncaq itirən uşaq kimisən:Əli cibindələr – göz yayındırar,Gözü cibindələr – güman hədəfi.Ov var, ovçusundan iz yayındırar,Ovçu var, ovundan bərəni qəfil.
Hər gün də nur umma nur dağlarından,Ömürdə hər günü düzməzlər sapa,Çox «qızıl baxtların» budaqlarındanQızıl yarpaqları tökəcək sabah.
Tozanaq görmüşük boş inadları,İnad çöp daşıyır – caynaq olanda.Çəkər zoğlarını torpaq qatları –İnad, inamına qaynaq olanda.
İnamdan göyərsə bir dağdır inad –Bu, Vətən dağıdır söykən ki, söykən!Nə uçan quşunun dalınca daş at,Nə qopan daşının dalınca söylən...
...Mənim inamımın sərhədini çək! –... «Ədalət sərhədi!» –Belə səs gəlir.Bir burda geriyə çəkilməyəcək,Bu inad, səbirsiz Vətən əsgəri...
Oktyabr, 1972
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-sebrimden-inadima-mektub
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Könül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Sultan HəmidəNərədə qalıb həzreti xeyriil bəşər,Hümmətinə şövq ilə etsin nəzər.
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli