Qız
Aşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qızGəlmişəm qəmzən əlindən dəxi lap mən canə qızAl geyib başdan ayağa çıxa gör seyranə qızNə olur rəhmin gələ mən xəstəyi-nalanə qız
Yığılar toyun üçün məşatələr yığnağınaÇağırarlar qız gəlini cəm olub otağınaVəsmə və sürmə çəkərlər qaşına, qabağınaÇox gözəl xına yaxarlar əlinə, ayağınaAparıban tapşırarlar getdiyin oğlana, qız
Yadə getmə, mənə gəl ki, etibar əldən gedərMəni qoyub oymayadə doğru yar əldən gedərŞəhər yarsız bu könül mülkü uçar, əldən gedərDüşərəm payına ol vəqt ixtiyar əldən gedərSonralar peşman olarsan, lənət et şeytanə qız
Heyf olar, bilməz inan, lalə yanağın ləzzətinOynamağın, gülməyin, həzlin məzağın ləzzətinTirmənin ağ döşəyin, nəsrin buxağın ləzzətinQənd dilin, şəkər dəhanın, bal dodağın ləzzətinNecə olmaz xəstə Talib dəli ya divanə qız
Kitabxana.az · https://kitabxana.az/works/talib-el-sairi-qiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir