Sənə də qar yağdı, güvəndiyim dağ!Sən də örənidin, a yaşıl yamac!Sən niyə dinməzsən, qaragöz bulaq,Sən niyə kövrəksən, ürəyini aç!

Lal dili verilib bu dəli çaya,Bir cavan yasından gələnlər kimi.Sən niyə tutqunsan, xınalı qaya,Ər yolu gözləyən gəlinlər kimi.

Mən insan bilmişəm qayanı-dağı,Təbiət yaşamır təbiət üçün.Mən ki bu yerlərə gəlmirəm axı,Sadəcə, təəssüf, ya heyrət üçün.

Mənim də baxtımda bu mənzərələrFəsil fırlatmağa girəvə tapır.Mənim də daş əlim qılınc dərələr,Mənim də boş əlimDaş zirvə tapır.

Hanı o başıma dolu yağdıranBaşı ayağından yalın olanlar.Hanı kürəyinə tərif yaxdıranDili dabanından qalın olanlar.

Tökər budağından çürük qozları,Ərinti, çürüntü bişirər payız.Yayın bürküsündə qalxan tozlarıDağlardan aşağı düşürər payız.

Dağlar payızlıdır, mən titrək əlli,Gözümdə gör nələr canlandı, nələr...Dağlar baharlıdır, mən əqidəli,Yaşasın baş-başa bu abidələr!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar