Ölüm məni nişan alır...
Ölüm məni nişan alır,Gündə neçə dəfə.Bir nakamın,Bir bikəsinÖmründə neçə dəfə.Ölüm məni nişan alır,Vədəsiz tökülən yarpaq görəndə,Atasız doğulan uşaq görəndə.Tənqid qələmində qurum olanda,Qəbul zallarında – «Rəis məşğuldur»Yalanı qrim olanda.Ölüm məni nişan alır,Təbrik çələngindəTəmənna varsa.Alqış ahəngindəEyham eşitdirən bir məna varsa...Görünür, məniÖldürən qədər dəYaşadan var!Yoxsa bu qədər ölüm olar?..
Kitabxana.az · https://kitabxana.az/works/memmed-araz-olum-meni-nisan-alir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən yenib gedirdim qüruba doğru,Neçə dərd-vəsiyyət qolumun üstə;
Bu millətin dərdi-səriNəhrləri döndər belə haqqa sarı,Haqq qapısın açmır, atam, haqq açarı.
Ay AllahŞəhidlərin çoxu mərdlər,Namərdlər artır, ay Allah!
QayıtmaGördü öz işini ömür də, vaxt da;Qayıtma geriyə, qayıtma daha.