Küləklər harda yatır görəsən?Buludlar hardan yığır göz yaşınıhava ayaz olanda?Çaylar harda dincəlir görəsən!İldırımlar niyə belə tez sönür?Ən uzaq ulduzlardan o yananə var, kim var görəsən?Harda yaşayır ölüm?Götürüm gəncliyimi,axtarıb tapım onu.Öldürüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm