Ömür yolu
Nə küçələr,nə yarpaqlarındagilə-gilə yağış puçurlarıağaclar.Yumşaq gecələrdağınıq saçlargeridə qaldı.Yuxulu ala gözlər,yanıqlı duzlu sözlər,mehriban üzlərgeridə qaldı.
Qəfəsdə sarı bülbülünfəryadı,ilk görüşün,körpə ümidin dadı,ağ göyərçinlərintitrək qanadıgeridə qaldı.
Yağış mənimlə gedir,yumru, uzunsov damcılarlaqonub qatar pəncərəsinə.Qulaq asıram qatar təkərlərininyeknəsəq səsinə.Arxada qalır taqqıltılar.Sanki,ömür damcı-damcı düşürqayıtmazlığa.Günlər gedirçoxluqdan azlığa.Nə yaxşı ki, xatırlamalıgünlər, saatlar var.Nə yaxşı ki, bir səbəb yoxdurbaxışlarımı gizləyəm.Yol gedirəm bu gündən sabaha.Geridə qalanlarım da var,gələcəyə qalanlarım da.Nə qəm!Yaşayıram.
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-omur-yolu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Çiçəklər aşiqi bir bülbül kimi,Gözüm bir bağbanın gülünə düşdü.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Qəsidə: Ey mənə tənə vuran Mustafa xan ŞirvanEy mənə tənə vuran Mustafa xan Şirvan,Bax bu dibacə məzmunum, eşit ərzimə qan
Yavaş-yavaşDolu döyüb bizi, bir də döyməsin,Bulud qəzəblənmə, yağ, yavaş-yavaş.