Bir ömür də yaşayaydımbundan belə.Görəydim “indilər”,necə“dünən” olur.

Kim sözünə sadiq qalır,kim yel əsdi –dönən olur.Kimlər necə yüksəlirfikriylə, əməliylə;kimlər şöhrətə minir“Oldu!Bəli, bəli”lə?Dünyamız yaşamaqçındarısqallaşır,yoxsagenişdən geniş olur?Neçə planet yolugün-günə tünlükləşir,hey gediş-gəliş olur.İmkan üfüqlərimizgəniyir, daralırmı?Balaca Yer kürəmiz,atomdan can qurtarıb,məhvərində qalırmı?Yer üzündə olurmuhamı insan qardaşı?Kəsilirmi dünyadan“mənim”, “sənin” qovğası,“bizim”, “sizin” savaşı.İnsan doyumluğuncaçörək varmı,su varmı?Qəfil güllə səsləri,göy yaran gurultular,körpələri yatmağa,dincəlməyə qoyarmı?Qalmışdırmı ehtiyacmüdafiə sözünə?Qara duman çökürmüyenə də yer üzünə?Necə izah edirlər;Diabet, xərçəng nədir,İnfarkt, taun nə şeydir,Qrip, nəfəstəng nədir?Yüz yaşlı cavan necə,əsrlərlə yaşamışgümrah qoca necədir?Ölüm-həyat vuruşu,canlılar xeyrinədir,yoxsa ki,heç-heçədir?Sərhəd dirəklərinə,qədim abidələr tək,xatirə lövhələrihər yanda vurulubmu?İnsan yurdu hamıyayaşamalı olubmu?Bir ömür yaşayaydımhələ bu gündən belə.İstəklərimi olmuş görməyəcəksəməgər;yarımçıq qalsa qalsınömürdən səhifələr.

Göyçay, oktyabr, 1977

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri