Varaqlar solğun, sarı.Sətirlərdən neçəsi pozulub;neçə-neçə varağın kənarıillərin ağırlığına dözməyib,ovxalanıb, toz olub.Lakinəsrlərdən keçib gələnxəfif bir təbəssüm,bir gilə göz yaşıarzular, ümidlər qalıb.İnsan qəlbinin hərarəti,insan fikrinin qüdrəti,insan ətri dolusevinc qalıb,kədər qalıb.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri