Şuşa
Burda nəğmə yaz çiçəyi kimidir:tez yaranır, tez gül açır, boy atır.Burda səhər yuxusundan adamıbülbüllərin cəh-cəh səsi oyadır.
Burda hava körpə uşaq kimidir,gah tutulur, gah ağlayır, gah gülür.Burda səhər buludların döşündənqayalara qızılgüllər tökülür.
Göylərində at oynadır şimşəklər,Bir an olur gur yağışı, dolusu...Əlvan çiçək xalıları yamacda.Baş qaldırır nərgiz, gözü dolu su.
Qayalarda tərlanları qıy vurur.Dan atanda maral gəlir çeşməyə.Qız-gəlinlər gün doğmamış oyanır;dəstə-dəstə bulaq üstən keçməyə.
Qızlarının saçı qara, gözü göy,Hər yanaqda qızılgülün rəngi var.Hansı igid ürəyinə ox olubsancılmayıb bu qəmzəli baxışlar?
Mən könüldən xumar gözə vurğunam,min giley var bu sinəmdə o yardan.Gəncliyimin bahar çağı yel kimigəlib keçib bu səfalı diyarda.
O qayğısız gözəl günlər, o xoş dəmgörən ola bir də geri dönərmi?İlk məhəbbət alovundan alışanürək odu illər keçsə sönərmi?
Mən torpağın qüdrətinə heyranam,yüz ziynəti, yüz rəngi var hər ildə.İnsan vaxtsız nə qocalar, nə ölərtorpaq kimi gücü olsa könüldə.
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-susa
← → düymələri ilə keçid, R — təsadüfi şeir