İki dəfə sağa,bir dəfə sola burulub getdim.Yol tanış.Döngələr tanış.Tanış doqqazın,əyri ağacları tanış.Dam üstündətanış dəmir xoruz.Tanış nar topası;budaqlarından neçəsi quru.Çağırdım bir ağız.Çağırdım iki ağız.Əvvəlcə yavaşdan çağırdım,sonra ucadan:– Ay ev yiyəsi!Ev susdu.Qapılar susdu.Neçə yerdən sökülmüşbatdaq divar susdu.Qanrılıb bir də baxdım.Hər şey tanışdı.Həyətə gedən,üstünü ot basmış,cığırdan başqa.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri