پادشهی بود رعیت‌شکنوز سر حُجت شده حَجاج‌فن

Rəiyyəti incidən bir zalım padşah vardı,Zülm etməkdə Həccacı o, geridə qoyardı.

هرچه به تاریک شب از صبح زادبر در او درج شدی بامداد

Nə hadisə versə baş məmləkətdə hər gecə,Səhər bildirilərdi padşaha hər nəticə.

رفت یکی پیش ملِک صبحگاهراز گشاینده‌تر از صبح و ماه

Aydan da, sehrdən də daha artıq sirr açanBir kəs səhər padşahın yanına oldu rəvan.

از قمر اندوخته شب بازی‌ییوز سحر آموخته غمازی‌یی

Aydan gecə oyunu öyrənmişdi bu adam,Casusluqda sehrdən almışdı qüvvət, ilham.

گفت « فلان پیر تو را در نهفتخیره‌کُش و ظالم و خونریز گفت‌»

Padşaha söylədi ki: „Filan qoca xəlvəti,Deyir: „Qaniçən şahın hədsizdir əziyyəti““.

شد ملک از گفتن او خشمناکگفت « هم اکنون کنم او را هلاک »

Şah onun bu sözündən qəzəblənib dedi ki:„Bu saat o kişini mən edərəm tən iki“.

نَطع بگسترد و بر او ریگ ریختدیو ز دیوانگی‌اش می‌گریخت

Nət’ saldırıb o, dərhal torpaq tökdürdü yerə,Div də bu divanədən qaçardı, birdən-birə.

شد بِه بَر پیر جوانی چو بادگفت « ملک بر تو جنایت نهاد

Bir gənc yel kimi cumdu o qocanın yanına,„Padşah sənə kinlidir, — deyə söz açdı ona.

پیشتر از خواندن آن دیو رایخیز و بشو تاش بیاری بجای‌‌»

Səni o div fikirli çağırmamış, durma, get,Bu işi yoluna sal, bu işə bir əncam et!“

پیر وضو کرد و کفن برگرفتپیش ملک رفت و سخن درگرفت

Qoca dəstamaz alıb, boynuna saldı kəfən,Şahın yanına gedib sözə başladı birdən.

دست به هم سود شه تیز‌رایوز سر کین دید سوی پشت پای

Qocanı görüb şahın çatıldı qaş-qabağı,Qeyzindən yarpaq kimi titrədi əl-ayağı.

گفت «شنیدم که سخن رانده‌ایکینه‌کِش و خیره‌کُشم خوانده‌ای

Dedi: „Eşitmişəm ki, qoca, sən açınca dil,Adlandırırsan məni zülüm işləyən, qatil,

آگهی از مُلکِ سلیمانی‌امدیو ستمکاره چرا خوانی‌ام‌‌‌؟

Süleyman calalımı sən görüb, bilə-bilə,Mənə zalım ad verib, neçin salırsan dilə?“

پیر بدو گفت «‌‌‌نه من خفته‌امزانچه تو گفتی بَتَرَت گفته‌ام

Qoca ona dedi ki: „İnan, yatmamışam mən,Daha kəskin demişəm sənin dediklərindən.

پیر و جوان بر خطر از کار توشهر و ده آزرده ز پیکار تو

Sənin etdiklərindən qan ağlar qoca, cavan,İradəndən incikdir şəhər, kənd—bütün hər yan.

من که چنین عیب‌شمار توامدر بد و نیک آینه‌دار توام

Sənin gördüyün işi və eybini sayarkən,Yaxşına, yamanına ancaq güzgü tutdum mən.

آینه چون نقش تو بنمود راستخود شکن آیینه شکستن خطاست

Güzgü sənin naxşını düz göstərirsə, ancaq,Özünü qır, güzgünü yaxşı deyildir qırmaq.

راستی‌ام بین و به من دار هشگر نه چنین است به دارَم بکُش‌‌»

Mənə yaxşı diqqət et, məndədir doğru ürək,Əgər belə deyilsə, buyur, məni dara çək“.

پیر چو بر راستی اقرار کردراستی‌اش در دل شه کار کرد

Qoca doğruluğunu etdiyi üçün dayaq,Padşah acıdı ona, ürəyi yumşalaraq.

چون ملک از راستی‌اش پیش دیدراستی او کژی خویش دید

Qocanın doğruluğu şahın xoşuna getdi,Özünü əyri görüb, ixtiyarı əfv etdi.

گفت « حَنوط و کفنش برکشیدغالیه و خلعتِ ما درکشید »

Dedi: „Çıxarın onun kəfənini boynundan,Ətirli xələt verin, qoy sevinsin bu insan“.

از سر بی‌دادگری گشت بازدادگری گشت رعیت نواز

Əl çəkib zalımlıqdan o, bir adil şah oldu,Rəiyyətini sevib, dərdindən agah oldu.

راستی خویش نهان کس نکرددر سخن راست زیان کس نکرد

Bu bir həqiqətdir ki, doğruluq etsə hər kəs,Öz doğru işlərindən dünyada ziyan görməz.

راستی آور که شوی رستگارراستی از تو ظفر از کردگار

Doğruluq et, qəzəbdən, bəladan qurtarıb can;Doğruluq səndən olsun, zəfər böyük tanrıdan.

گر سخن راست بود جمله دُرتلخ بود تلخ که الحقُ مُر

Bunu hamı bilir ki, doğru söz dürr olsa da,Haqq acı olduğundan, acı olacaq o da.

چون به‌سخن راستی آری به‌جایناصر گفتار تو باشد خدای

Sən sözdə doğruluğa əməl eyləsən, əlbət,Verər hər bir sözünə o böyük tanrı nüsrət.

طبع نظامی و دلش راستندکارش ازین راستی آراستند

Təmizdir ilhamı tək ürəyi Nizaminin,Təmizlikdir, düzlükdür bəzəyi Nizaminin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə