هر نفس این پردهٔ چابک رقیببازی‌یی از پرده برآرد غریب

نَطع پر از زخمه و رقاص نهبحر پر از گوهر و غواص نه

از درم و دولت و از تاج و تیغنیست دریغ ار تو نخواهی دریغ

گر رسدت دل به دم جبرییلنیست قضا ممسک و قدرت بخیل

ز‌آن بُنه چندانکه بری دیگرستدخل وی از خرج تو افزون‌ترست

پای درین ره نه و رفتار بینحلقهٔ این در زن و گفتار بین

سنگش یاقوت و گیا کیمیا‌ستگر نشناسی تو غرامت کِراست‌؟

دست تصرف قلم اینجا شکستکاین همه اسرار درین پرده هست

هر دم از این باغ بری می‌رسدنغزتر از نغز‌تری می‌رسد

رشتهٔ جان‌ها که درین گوهر‌ستمُرسله از مرسله زیبا‌تر‌ست

راه‌روان کز پس یکدیگرندطایفه از طایفه زیرک‌ترند

عقلْ شرف جز به معانی ندادقدر به پیری و جوانی نداد

سنگ شنیدم که چو گردد کهنلعل شود مختلف است این سخن

هرچه کهن‌تر بَتَرَند این گروههیچ نه جز بانگ‌، چو بانو‌ی کوه

آنکه ترا دیده بوَد شیرخوارشیر تو زهر‌یش بود ناگوار

در کهن انصاف توان کم بوَدپیر هواخواه جوان کم بود

گل که نو آمد، همه راحت در اوستخار‌ِ کهن شد، که جراحت در اوست

از نویی انگور بود توتیاوز کهنی مار شود اژدها

عقل که شد کاسهٔ سر جای اومغز کهن نیست پذیرای او

آنکه رصد‌نامهٔ اختر گرفتحکم ز تقویم کهن برگرفت

پیر سگانی که چو شیران خورندگرگ‌صفت ناف غزالان درند

گر کنم اندیشه ز گرگان پیریوسفی‌ام بین و به من برمگیر

زخم تنُک زخمه پیران خوش استآب جوانی چه کنم که‌آتش است‌‌

گرچه جوانی همه فرزانگی استهم نه یکی شاخ ز دیوانگی است‌؟!

یاسمنی چند که بیدی کننددعوی هندو به سپید‌ی کنند

من که چو گل گنج‌فشانی کنمدعوی پیری به جوانی کنم

خود‌مَنِشی کارِ خَلَق کردن استخصمیِ خود، یاریِ حق کردن است

آن مه نو را که تو دیدی هلالبدر نهش نام چو گیرد کمال

نخل چو بر پایه بالا رسددست چنان کش که به خرما رسد

دانه که طرح است فرا گوشه‌ایدانه مخوانش چو شود خوشه‌ای

حوضه که دریا شود از آب جویتا به هَمان چشم نبینی در اوی

شب چو بِبَست آن همه چشم از سحرروز در او دید به چشمی دگر

دشمن دانا که پیِ جان بوَدبهتر از آن دوست که نادان بود

نی منگر کز چه گیا می‌رسددر شکر‌ش بین که کجا می‌رسد

دل به هنر ده نه به دعوی‌پَرستصیدِ هنر باش به هرجا که هست

آب صدف گرچه فراوان بوددُر ز یکی قطرهٔ باران بود

بس که بباید دل و جان تافتنتا گهری تاج نشان یافتن

هر علَمی را که قضا نو کندحفظ تو باید که روا رو کند

بر نشکستند هنوز این رباطدر ننوشتند هنوز این بساط

محتسب صنع مشو زینهارتا نخوری درهٔ ابلیس‌وار

هرکه نه بر حکم وی اقرار کردچرخْ سرش در سر ِ انکار کرد

Hər nəfəsdə rəqabət göstərən bu cəld fələk,Hər pərdədə göstərir min oyun, min bir kələk.

Fələkin səhnəsində çalğı var, rəqqas yoxdur,Dəniz gövhərlə dolu, lakin bir qəvvas yoxdur.

Puldan, qılıncdan, tacdan nə istəyirsən? Söylə!Müzayiqə etməsən onu alarsan ələ.

Cəbrail nəfəsinə çatsa nəfəsin əgər,Qəza buna paxıllıq eləməz zərrə qədər.

Eybi yoxdur aparsan bu əsasın varından,Onun gəliri, sənin artıqdır çıxarından.

Bu yola ayaq basıb yürüşə diqqət et sən,Bu qapı halqasını çalıb, hər sirri öyrən,

Kimiyadır bu yolun otları, daşı—yaqut,Tanımasan bu yolu özünü taqsırlı tut.

Şairlərin qələmi bu yerdə sındığından,Bu pərdədə xəzinə dopdolu qaldı, inan.

Bu bağdan hər bir zaman meyvələr gəlir ələ,Bir-birlərindən gözəl, tə’rifi sığmaz dilə.

Bu gövhərdəki ürək saplarına bax ki, sən,Onun bir gərdənbəndi gözəldir o birindən.

Bir-birinin ardınca gedən saysız yolçularBir-birindən zirəkdir, buna bir şübhəmi var?

Ağıl tutmuş, tutacaq daim mə’nanı uca,Onunçün nə fərqi var istər gənc, istər qoca.

Eşitmişəm lə’l olur daş belə köhnələndə,Bu yalandır, bu sözlər şübhə oyadır məndə.

Köhnəldikcə bu tayfa lap xarab olur ancaq,Səs verirlər necə ki, əks-səda verir dağ.

Səni görən adamlar, səni sanar südəmər,Sənin südün onlara görünər eyni zəhər,

Qocalarda gənclərə qarşı insaf azdır, az,Qocalarda gənclərə çox havadar tapılmaz.

Gül təzə açılanda can verir insanlara,Tikan köhnəliyindən açar çox dərin yara.

Qora vaxtında üzüm bənzəyir tutiyaya,İlan ki, qoca oldu çevrilər əjdəhaya.

Bəllidir baş kasası ağla yurd olduğundan,O köhnə bir beyini qəbul etməz heç zaman.

Rəsədnamə yazanlar göydəki ulduzlara,Köhnə təqvimi sandı hökmsüz qara-qura.

Şir kimi parçalayıb ov yeyən qoca itlər,Qurd kimi maralların göbəklərini didər.

Qoca qurdlardan qorxsam, çəksəm əllərindən dad,Yusifliyimi görüb mənə eləmə irad.

Bəllidir vura bilməz qocalar dərin yara,Mənim gənclik suyumsa bənzər yaxan odlara,

Cavanlıq ağıllılıq sayılırsa da ancaq,O da divanəlikdən deyilmidir bir budaq?

Bədmişklik iddiası etsə yasəmən əgər,Bu, ağın—mən qarayam—söyləməsinə bənzər.

Mən gül kimi xəzinə səpirəm, intihası,Cavanlıqda edirəm qocalıq iddiası.

Onlardan sayılaram bəyənərsəm özümü.Alçalsam ağardaram haqq yanında üzümü.

Bax göylərdə parlayan təzə aya, hilala,Sən onu bədr adlandır çatan kimi kamala.

Xurma ağacı göyə boy atıb olsa uca,Əlini elə at ki, çata bilsin ağaca.

Bu torpağa səpilən dənə baş qaldıraraqSünbül olanda, ona dənə söyləmə ancaq.

Arxın suyu axaraq dərya olsa, bir sözlə,Sən gəl artıq o arxa baxma əvvəlki gözlə.

Görmədiyi bir halda gecə, səhəri axır,Səhərin günəşinə o, başqa gözlə baxır,

Qamışın hansı otdan baxma göyərdiyinə,Bax, gör onu şəkəri çıxartdı nə ağ günə.

Könlündə lovğalığa deyil, hünərə ver yol,Hər zaman, harda olsan hünərin ovçusu ol.

Yer üzündə sədəfin suyu bol olsa belə,Bircə damcı yağışdan dürr gəlir əmələ.

Çox zaman can yandırıb çalış axıt inci tər,Beləliklə taparsan taca layiq bir gövhər.

Qəzanın yüksəklərə qaldırdığı bir bayraqHər an sənin sayəndə irəli gedər ancaq.

Bu dünyanı—mənzili dağıtmadılar hələ,Hələ də vermədilər onun gülünü elə.

Qüdrətdən gəl haqq-hesab çəkmə, ol insan kimi,Ta qamçı dadmayasan yol azan şeytan kimi.

Kim göylərin hökmünə əymədi öz başını,Fələk onun qoymadı daş üstündə daşını!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri