چنین تا یکی روز کاین چرخ پیربرآورد گوهر ز دریای قیر

دگر باره میدان شد آراستهز بیغولها نعره برخاسته

ز لشگرگه روس بانگ جرسبه عیوق بر می‌شد از پیش و پس

کشیدند صف قلب داران روسوزان قلب آراسته چون عروس

کهن پوستینی درآمد به چنگچو از ژرف دریا برآید نهنگ

پیاده به کردار یکپاره کوهز پانصد سوارش فزونتر شکوه

درشتی که چون پنجه را گرم کردبه افشردن الماس را نرم کرد

چو عفریتی از بهر خون آمدهز دهلیز دوزخ برون آمده

یکی سلسله بسته بر پای اودراز و قوی هم به بالای او

چو شیران وحشی در آن سلسلهجهان کرده پر شور و پر مشغله

ز هر سو که جستی یک آماجگاهزمین گشتی از زورمندیش چاه

سلاحش نه جز آهنی سر به خمکز او کوه را در کشیدی به هم

ز هر سو بدان آهن مرد کشبه مردم کشی دست می‌کرد خوش

ز سختی که بد خلقت خام اوسفن بسته کیمخت اندام او

چو آوردی آهنگ بر کارزارنکردی براو تیغ پولاد کار

درآمد چنان اژدها باره‌ایفرشته کشی آدمی خواره‌ای

کسی را که دیدی گرفتی چو موربه کندی سرش را به یک دست زور

گرایش نکردی به کار دگرگهی پای کندی ز تن گاه سر

ز لشگرگه شه به نیروی دستبسی خلق را پای و پهلو شکست

جریده سواری توانا و چستبه کار مصاف اندر آمد درست

درآمد که گردن فرازی کندبدان آتش تیز بازی کند

چو دیدش ز دور آن نهنگ دمانگرفتن همان بود و کشتن همان

دگر نامداری درآمد دلیرهم آوردش آن شیر جنگی به زیر

بدینگونه از زخمهای درشتتنی پنجه از نامداران بکشت

ز بس دل که آن شیر درنده خستدل شیر مردان لشگر شکست

شگفتی فرو ماند صاحب خردکه نه آدمی بود و نه دام و دد

شب تیره چون بانگ برزد به روزسرافکنده شد مهر گیتی فروز

شه از حیرت کار آن اهرمنسخن راند پوشیده با انجمن

که این آدمی کش چه پتیاره بودکه از جنگ او خلق بیچاره بود

سلاحی نه در قبضهٔ دست اوهمه با سلاحان شده پست او

بر آنم که او آدمی زاد نیستوگر هست ازین بوم آباد نیست

ز ویرانه جائیست وحشی نهادبه صورت چو مردم نه مردم نژاد

شناسنده‌ای کان زمین را شناختبه تمکین پاسخ علم بر فراخت

که چون داد فرمان شه دادگرنمایم بدو حال آن جانور

یکی کوه نزدیک تاریکیستکه راهش چو موئی ز باریکیست

درو آدمی پیکرانی چنینبه ترکیب خاکی به زور آهنین

نداند کسی اصل ایشان درستکه چون بودشان زاد و بوم از نخست

همه سرخ رویند و پیروزه چشمز شیران نترسند هنگام خشم

چنان زورمندند و افشرده گامکه یک تن بود لشگری را تمام

اگر ماده گر نر بود در ستیزبرانگیزد از عالمی رستخیز

بهر داوری کاوفتد راستندجز این مذهبی را نیاراستند

ندید است کس مرده ز ایشان یکیمگر زنده و آن زنده نیز اندکی

بود هر یکی را قدر مایهٔ میشکزان میش برسازد اسباب خویش

به نیروی پشم است بازارشانمتاعی جز این نیست در بارشان

ندارند گنجینه‌ای هیچکسسمور سیه را شناسند و بس

سموری که باشد به خلقت سیاهنخیزد ز جایی جز آن جایگاه

ز پیشانی هریک از مردو زنسرونیست بر رسته چون کرگدن

اگر با سرونشان نباشد سرشتچه ایشان به صورت چه روسان زشت

کسی را که آید تمنای خوابشود بر درختی چو پران عقاب

سرون در فشارد به شاخ بلندچو دیوی بخسبد دران دیو بند

چو بینی به شاخی برانگیختهیکی اژدها بینی آویخته

بخسبد شبانروزی از بیخودیکه خواب است بنیاد نابخردی

چو روسی شبانان بر او بگذرنددران دیو آویخته بنگرند

به آهستگی سوی آن اهرمنبیایند و پنهان کنند انجمن

رسنها ببارند وبندش کنندز زنجیر آهن کمندش کنند

برو چون مسلسل شود بند سختکشندش به پنجاه مرد از درخت

چو آن بندی آگاه گردد ز کارخروشد خروشیدنی رعدوار

گر آن بند را بر تواند شکستکشد هر یکی را به یک مشت دست

وگر سخت باشد در آن بستگیبه روی آورندش به آهستگی

بر او بند و زنجیر محکم کنندوز او آب و نانی فراهم کنند

برندش به هر کوی و هر خانه‌ایگشاید از آن دامشان دانه‌ای

وگر جنگی افتد به ناچارشانبدان زنده پیلست پیگارشان

کشندش به زنجیر چون اژدهانیارند کردن ز بندش رها

چو گردد چنان آتشی جنگجوینماند ز جای در کسی رنگ و بوی

جهاندار در کار آن پای لغزازان داستان ماند شوریده مغز

به صاحب خبر گفت کاندیشه نیستهمه چوبهٔ تیری ز یک بیشه نیست

گر اقبال من کارسازی کندسرش بر سر نیزه بازی کند

Bir gün bu qoca çərx dövran edərkən,Bir gövhər çıxardı qır dənizindən.

Meydan bəzənərək səflər düzəldi,Hər yandan bir igid nərəsi gəldi.

Gurladı çanlar rus ordugahından,Qalxdı qışqırıqlar göyə hər yandan.

Mərkəzdə ruslar da ordu çəkərəkSəfləri bəzədi gözəl gəlintək.

Atıldı bir köhnə kürklü döyüşkən,Sanki bir nəhəngdir çıxdı dənizdən.

Piyada, bir parça dağdı gövdəsi,Beş yüz atlıdan da çoxdu hərbəsi.

Qocaman, qüvvətli pəncəsi vardı,Almazı sıxsaydı tez yumşaldardı.

Div kimi qan iyi duymuş, qaniçən,Fırlanmış cəhənnəm dəhlizlərindən.

Ayağında onun boyuna uyarHəm qalın, həm uzun bir zənciri var.

Sanasan kükrəmiş vəhşi bir aslan,Kəskin səs-küy ilə dolmuşdu meydan.

O güclü ayağı hər yerə vurur,Zərbindən açılır dərin bir çuxur.

Dəmirdən əyribaş toppuzu vardı,Dağların başını dağa dayardı.

Hər yana cumdu bu dəmir toppuzla,Çox igid öldürdü, sərdi sağ-sola.

O qalın bədənin kobudluğundanCanı kir bağlamış, qartmaqdır hər yan.

Döyüşmək qəsdiylə girsə meydanaNə qılınc, nə toppuz kar edər ona.

Belə bir əjdaha atıldı birdən,Firiştə öldürən, o insan yeyən.

Sanki bir qarınca tutur görüncə,Qoparır başını o aslanpəncə.

Başqa bir işi yox başlarkən savaş,Bədəndən gah ayaq qoparır, gah baş.

Tutunca qarşıya çıxan yağınıQırır gah belini, gah ayağını.

Qocaman gövdəli cəsur bir atlı,Döyüşdə sınanmış bir yel qanadlı

At sürdü, meydanda ucaltsın boyun,O qızğın atəşlə oynasın oyun,

Görüncə bu nəhəng onu uzaqdan,Tutmaqla yırtmağı çəkmədi bir an.

Meydana başqa bir pəhləvan çıxdı,Bir anda onu da atından yıxdı.

Böyləcə əl atar-atmaz çomağa,Bir neçə igidi sərdi torpağa.

Çox ürək yardı o yırtıcı aslan,Ən cəsur mərdlərin bağrı oldu qan.

Hər ağıl sahibi edərdi heyrət:Nə insan, nə divdi o zorba xilqət!

Gündüzə səs vurdu qaranlıq gecəAl Günəş başını yerə dikincə.

İskəndər bu işə çox heyrət etdi,Məclisdə qapalı məsləhət etdi:

“Bəladır bu insan öldürən qoçaq,Onunla döyüşə acizdir bu xalq.

Silahsız bu adam qarşı gəlirkən,Silahlı igidlər qaçır önündən.

Nəsilcə, şübhəsiz, bu insan deyil,Olsa da, bu abad torpaqdan deyil,

Virana yerdəndir, vəhşi xilqəti,İnsana bənzəyir yalnız surəti”.

Orduda tapıldı onu tanıyan,Baş əydi, təmkinlə dedi: “Hökmüran!

Madam ki, əmr edir adil padişah,Şahı o vəhşidən eyləyim agah.

Bir dağ var, zülmətə yaxındır qolu,Tük kimi incədir gedilən yolu.

O yerdə yaşar bu xilqətdə insan,Tərkibi torpaqdan, gücü poladdan.

Onların əslini doğru bilən yox,Əslindən, irqindən xəbər verən yox.

Hamısı göygözdür, qırmızıyanaq,Aslandan da qorxmaz bu acıqlı xalq.

Çox dayanıqlıdır, güclüdür onlar,Meydanda biri bir ordu dağıdar.

Erkəyi, dişisi dolsa hiddətə,Dünyanı çevirir bir qiyamətə.

Silahda, döyüşdə sınaqları var,Savaşdan başqa şey tanımaz bunlar.

Görməmiş onlardan ölən, bir nəfər,Arabir görünür yalnız dirilər.

Bunların sərvəti qoyundur, ancaqHər zaman qoyunla keçinir bu xalq.

Yunladır bunların ticarətləri,Yoxdur bundan başqa bir sərvətləri.

Kimsədə tapılmaz xəzinə, sərvət,Bunların var-yoxu samurdur, əlbət.

Ən incə, dəyərli, qara samurlarAncaq bu ölkədən, bu yerdən çıxar.

Hər qadın, erkəyin alnında genişKərgədan kimi bir buynuz göyərmiş.

Bunların buynuzu olmasa, inan,Surətcə seçilməz bu çirkin rusdan.

Baş, sima, təbiət, biçimsiz peykər,Baxdıqca ən çirkin xoruza bənzər.

Kim yatmaq istərsə - gənc olsun, qoca,Qonar şahin kimi uca ağaca.

Buynuzu bənd edər qalın budağa,Div kimi tərpənməz, başlar yatmağa.

Yaxından budağa baxdığın zamanAsılmış əjdaha görərsən ordan.

Yorğun da olsalar, yatmazlar əsla,Çünki yatmaq ziyan verər ağıla.

O yerə arabir gəlirkən ruslarAğacdan asılmış o divə baxar.

Bu yığnaq özünü o divdən gizlər,Ora yanaşmağın yolunu izlər.

Onu bir kəndirlə salarlar bəndə,Boynunu çəkərlər dəmir kəməndə.

Möhkəm bağlayınca zənciri, bağı,Onu əlli nəfər çəkər aşağı.

Əsir olduğundan tutunca xəbər,Dönər ildırıma, nərildər, kükrər.

Dartınıb qırarsa zənciri, bağı,Əlindən qurtulmaz onun bir yağı.

Bir ziyan verməsə möhkəm bağına,Gətirərlər onu rus torpağına,

Açılmaz o qalın zəncir boynundan,Gəzdirib çox qazanc alırlar ondan.

Onu gəzdirərlər kəndlərdə ev-ev,Onlara çox sərvət qazanır bu dev.

Ruslarla bir dava düşdüyü zamanBu canlı fil ilə qızışar meydan.

Zəncirə çəkilər güclü əjdaha,Boynundan zənciri açmazlar daha.

Belə od meydana çıxsa, qorxudanÜzlərdə rəng qalmaz, bədənlərdə can.

İskəndər o bəla haqqında daldı,Bu dastan beyninə bir atəş saldı.

Dedi: “Bu iş məni qorxudan deyil,Ox çubuqları bir ormandan deyil.

Bu uca taleyim mənə olsa yar,O divin başı da nizəmdə oynar”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri