ای نام تو بهترین سرآغازبی‌نام تو نامه کی کنم باز

ای یاد تو مونس روانمجز نام تو نیست بر زبانم

ای کارگشای هر چه هستندنام تو کلید هر چه بستند

ای هیچ خطی نگشته ز اولبی‌حجت نام تو مسجل

ای هست کن اساس هستیکوته ز درت درازدستی

ای خطبهٔ تو تبارک اللهفیض تو همیشه بارک الله

ای هفت عروس نه عماریبر درگه تو به پرده‌داری

ای هست نه بر طریق چونیدانای برونی و درونی

ای هرچه رمیده و آرمیدهدر کن فیکون تو آفریده

ای واهب عقل و باعث جانبا حکم تو هست و نیست یکسان

ای محرم عالم تحیرعالم ز تو هم تهی و هم پر

ای تو به صفات خویش موصوفای نهی تو منکر، امر معروف

ای امر تو را نفاذ مطلقوز امر تو کائنات مشتق

ای مقصد همت بلندانمقصود دل نیازمندان

ای سرمه‌کش بلند بیناندر باز کن درون نشینان

ای بر ورق تو درس ایامز آغاز رسیده تا به انجام

صاحب تویی آن دگر غلامندسلطان تویی آن دگر کدامند؟

راه تو به نور لایزالیاز شرک و شریک هر دو خالی

در صنع تو کامد از عدد بیشعاجز شده عقل علت اندیش

ترتیب جهان چنانکه بایستکردی به مَثابتی که شایست

بر ابلق صبح و ادهم شامحکم تو زد این طویلهٔ بام

گر هفت گره به چرخ دادیهفتاد گره بدو گشادی

خاکستری ار ز خاک سودیصد آینه را بدان زدودی

بر هر ورقی که حرف راندینقش همه در دو حرف خواندی

بی کوه‌کنی ز کاف و نونیکردی تو سپهر بیستونی

هر جا که خزینهٔ شگرفستقفلش به کلید این دو حرفست

حرفی به غلط رها نکردییک نکته دراو خطا نکردی

در عالم عالم آفریدنبه زین نتوان رقم کشیدن

هر دم نه به حق دسترنجیبخشی به من خراب گنجی

گنج تو به بذل کم نیایدوز گنج کس این کرم نیاید

از قسمت بندگی و شاهیدولت تو دهی به هر که خواهی

از آتش ظلم و دود مظلوماحوال همه تراست معلوم

هم قصهٔ نانموده دانیهم نامهٔ نانوشته خوانی

عقل آبله‌پای و کوی تاریکوآنگاه رهی چو موی باریک

توفیق تو گر نه ره نمایداین عقده به عقل کی گشاید‌؟

عقل از در تو بصر فروزدگر پای درون نهد بسوزد

ای عقل مرا کفایت از توجُستن ز من و هدایت از تو

من بی‌دل و راه بیمناک استچون راهنما تویی چه باک است

عاجز شدم از گرانی بارطاقت نه چگونه باشد این کار

می‌کوشم و در تنم توان نیستکازرم تو هست باک از آن نیست

گر لطف کنی و گر کنی قهرپیش تو یکی است نوش یا زهر

شک نیست در اینکه من اسیرمکز لطف زیم‌، ز قهر میرم

یا شربت لطف دار پیشمیا قهر مکن به قهر خویشم

گر قهر سزای ماست آخرهم لطف برای ماست آخر

تا در نفسم عنایتی هستفتراک تو کی گذارم از دست

وآن دم که نفس به آخر آیدهم خطبهٔ نام تو سراید

وآن لحظه که مرگ را بسیجمهم نام تو در حنوط پیچم

چون گَرد شود وجود پستمهرجا که روم تو را پرستم

در عصمت اینچنین حصاریشیطان رجیم کیست باری

چون حرز توام حمایل آمودسرهنگی دیو کی کند سود

احرام گرفته‌ام به کویتلبیک‌زنان به جستجویت

احرام‌شکن بسی است زنهارز احرام شکستنم نگهدار

من بی‌کس و رخنه‌ها نهانیهان ای کس بی‌کسان تو دانی

چون نیست به جز تو دستگیرمهست از کرم تو ناگزیرم

یک ذره ز کیمیای اخلاصگر بر مس من زنی شوم خاص

آنجا که دهی ز لطف یک تابزر گردد خاک و دُر شود آب

من گر گهرم وگر سفالمپیرایهٔ توست روی‌مالم

از عطر تو لافد آستینمگر عودم و گر دِرمنه‌، اینم

پیش تو نه دین نه طاعت آرمافلاس تهی شفاعت آرم

تا غرق نشد سفینه در آبرحمت کن و دستگیر و دریاب

بردار مرا که اوفتادموز مرکب جهل خود پیادم

هم تو به عنایت الهیآنجا قدمم رسان که خواهی

از ظلمت خود رهایی‌ام دهبا نور خود آشنایی‌ام ده

تا چند مرا ز بیم و امید‌؟پروانه دهی به ماه و خورشید‌؟

تا کی به نیاز هر نواله‌م‌؟بر شاه و شبان کنی حواله‌م‌؟

از خوان تو با نعیم‌تر چیستوز حضرت تو کریم‌تر کیست

از خرمن خویش ده زکاتممَنْویس به این و آن بَراتَم

تا مزرعه چو من خرابیآباد شود به خاک و آبی

خاکی ده از آستان خویشموابی که دغل برد ز پیشم

روزی که مرا ز من ستانیضایع مکن از من آنچه مانی

وآن‌دم که مرا به من دهی بازیک سایه ز لطف بر من انداز

آن سایه نه کز چراغ دور استآن سایه که آن چراغ نور است

تا با تو چو سایه نور گردمچون نور ز سایه دور گردم

با هر که نفس برآرم اینجاروزیش فروگذارم اینجا

دَرهای همه ز عهد خالی استاِلا دَرِ تو که لایزالی است

هر عهد که هست در حیات استعهد از پس مرگ بی‌ثبات است

چون عهد تو هست جاودانییعنی که به مرگ و زندگانی

چندانکه قرار عهد یابماز عهد تو روی برنتابم

بی‌یاد توام نَفَس نیایدبا یاد تو یاد کس نیاید

اول که نیافریده بودموین تعبیه‌ها ندیده بودم

کیمُخت اگر از زَمیم کردیباز از زَمی‌ام ادیم کردی

بر صورت من ز روی هستیآرایش آفرین تو بستی

واکنون که نشانه گاه جودمتا باز عدم شود وجودم

هرجا که نشاندیم نشستموآنجا که بریم زیر دستم

گردیده رهیت من در این راهگه بر سر تخت و گه بن چاه

گر پیر بوم و گر جوانمره مختلف است و من همانم

از حال به حال اگر بگردمهم بر رق اولین نوردم

بی‌جاحتم آفریدی اولآخر نگذاریم معطل

گر مرگ رسد‌، چرا هراسم‌؟کان راه به توست می‌شناسم

این مرگ نه، باغ و بوستان استکاو راه سرای دوستان است

تا چند کنم ز مرگ فریادچون مرگ ازوست مرگ من باد

گر بنگرم آن چنان که رای استاین مرگ نه مرگ‌، نَقل جای است

از خوردگَه‌ای به خوابگاهیوز خوابگه‌ای به بزم شاهی

خوابی که به بزم تست راهشگردن نکشم ز خوابگاهش

چون شوق تو هست خانه‌خیزمخوش خسبم و شادمانه خیزم

گر بنده نظامی از سر درددر نظم دعا دلیری‌یی کرد

از بحر تو بینم ابر خیزشگر قطره برون دهد مریزش

گر صد لغت از زبان گشایددر هر لغتی ترا ستاید

هم در تو به صد هزار تشویردارد رقم هزار تقصیر

ور دم نزند چو تنگ‌حالاندانی که لغت زبان لالان

گر تن‌حبشی‌، سرشتهٔ تستور خط‌ختنی‌، نبشتهٔ تست

گر هر چه نبشته‌ای بشوییشویم دهن از زیاده گویی

ور باز به داورم نشانیای داور داوران تو دانی

زان پیش کاجل فرا رسد تنگو ایام عنان ستاند از چنگ

ره باز ده از ره قبولمبر روضهٔ تربت رسولم

Ey adı ən gözəl başlanğıc olan,Adınla başlanır yazdığım dastan.

Sən, ey xatirəsi könlümə həmdəm,Adın düşməmişdir dilimdən bir dəm.

Bütün varlıqları özün yaratdın,Bağlı qapılara açardır adın.

Adının qərarı olmadan əvvəlQələm tutmamışdır dünyada bir əl.

Ey bütün varlığın həyat təməli,Yetməz dərgahına bir insan əli.

Sənin tərifindir "təbarəkallah"Alqış cəlalına, feyzinə, allah!

Yeddi qız, doqquz taxt qapında səninOlmuşdur daima pərdə çəkənin.

Ey öz varlığı da bilinməz hekmət,Zahirə, batinə bir sənsən bələd.

Bütün bu canlılar, cansızlar ki, var,"Yaran" deməyinlə yarandı onlar.

Hökmünlə ruh alır, əql alır bədən,Yaradan da sənsən, öldürən də sən.

Ey sirr aləminin ulu məhrəmi,Dolduran, boşaldan sənsən aləmi.

Sənin sifətində öz tərifin var,Yox sözün yox olur, var sözün də var.

Əmri mütləq olan, ey böyük hünər,Kainat əmrinlə iki bölünər.

Sən, ey möhtacların ürək dirəyi,Böyük vicdanların sənsən diləyi.

Ən iti gözlərə sən sürmə çəkdin,Bağlı qapılara özün baş çəkdin.

Ey ustad, göstərir yazdığın əsər,Zamanı əvvəldən axıra qədər.

Ağasan, qulundur hər şey dünyada,Sultan sən özünsən, başqası gəda.

Yolun, işığıdır əbədiyyətin,Şəriksiz yaranmış bütün niyyətin.

Saysız yaratdığın nemətlər durur,Bu sirri tapmağa acizdir şüur.

Lütfünlə hər şeyin qeydinə qaldın,Dünyanı ən yarar bir şəklə saldın.

Axşamın qapqara, səhərin ala,Atına göyləri yaratdın tovla.

Yeddi düyüm vurdun göylərə, birdənYetmişi açıldı, bu qüdrətindən.

Bir kül qaldıraraq torpaqdan həmən,Onunla yüz ayna təmizlədin sən.

Hansı bir varağı yazdınsa əgər,İkicə hərf ilə dedin müxtəsər.

Bir dağ çapmadısa bu kaf ilə nun,Göy adlı bir böyük Bisütun qurdun.

Hardasa dünyanın dövləti, varı,Bu iki hərfdir onun açarı.

Yanlış bir hərf də yazmadın yenə,Qoydun hər nöqtəni sən öz yerinə.

Sənin sənətinlə yarandı aləm,Yoxdur bu sənətdə başqa bir qələm.

Lütf etmən yazığa, sığındım sənə,Bir söz xəzinəsi bağışla mənə.

Xəzinən bu payla heç də azalmaz,Başqa xəzinədə bu kərəm olmaz.

Şahlığın, qulluğun öz qismətindənHər kəsə bir dövlət, nemət verirsən.

Hər zülmün alovu, məzlumun ahi.Bir sənə məlumdur, böyük ilahi!

Hələ yazılmamış kitabları sənOxuyub aləmə xəbər verirsən.

Əql büdrəmədə, kuyinsə-zülmat,Yol da ki, tük kimi nazikdir, heyhat!

Köməyim olmasan, ya pərvərdigar,Bu düyüm əql ilə necə açılar?

Əql işıq alır sənin qapından,Yanar dərgahına girdiyi zaman...

Ey mənim əqlimə mənalar verən,Mən axtarışçıyam, sən yol göstərən.

Yollarım qorxulu olsa da bu dəm,Sən ki rəhbərimsən, qorxan deyiləm.

Yüküm çox ağırdır düşmüşəm gücdən,Tükənmiş taqətim, de, neyləyim mən,

Nə qorxu, yoxsa da canımda qüdrət,Sənin köməyinlə işlərəm, əlbət.

Lütfün ki, qəhrindən ayrı deyildir,Yanında şərbət də, zəhər də birdir.

Əsirəm, şübhəsiz, hüzurunda mən,Lütfünlə yaşaram, ölləm qəhrindən.

Qoy, içim mərhəmət şərbətlərindən,Qəzəb badəsini mənə vermə sən.

Qəzəbin layiqsə əzəldən bizə,Rəhmin də düşmüşdür qismətimizə.

Nə qədər nəfəsim çıxmamış candan,Əlim ətəyində gəzirəm hər an.

Bir gün can evimdən çıxsa nəfəsim,Dualar deyəcək adına səsim.

Ölüm səfərinə qoyarsam ayaq,Adın vücuduma hünut olacaq.

Tozlara dönsə də bu aciz bədən,Hər yerdə, hər zaman məbədim sənsən.

İlahi, nə qədər dünyada sağam,Sənin xatirənlə yaşayacağam.

Böyük dərgahına girdiyim zaman,Neylər bu dərgahdan qovulmuş şeytan.

Boynuma asdımsa tilsimini mən,Qorxmuram divlərin böyüklüyündən.

Mənəm dərgahında bir dilsiz ehram,Sənin sorağında ləbbeyk vuraram.

Ehram sındıranlar çoxdur dünyada,Bu şərdən məni gəl saxla, ey xuda!

Bəlalar gizlidir, bikəsəm, allah!Varmı səndən özgə mənə bir pənah?!

Bir sənsən dünyada əlimdən tutan,Nə versən qailəm, böyük yaradan.

O saf cövhərindən alsa bədənim,Misim qızıl olar dünyada mənim.

Lütfündən bir işıq göstərsən, əgər,Torpaq qızıl olar, su dürrə dönər.

Bir gövhər də olsam, bir saxsı da mən,Hüsnüm bəzənmişdir sənin hüsnündən.

Libasım ətrinlə qoquyar müdam,Buyam ya "dirəmnə" ya da "ud" olsam.

Qarşında nə dinim, nə taətim var,Qapında boş əlim şəfaət umar.

Gəmim qərq olmamış qanlı sularda,Rəhm et, əlimdən tut, qalmayım darda.

Qaldır yıxılmışı bu qara yerdən,Məni cəhl atından özün düşür sən,

İlahi, dar gündə sən ol həmdəmim,İstədiyin yerə çatsın qədəmim.

Aç mənim üzümə nur xəzinəni,Zülmətlər içindən xilas et məni.

Qorxuyla, umudla baxıb dünyaya,Bir pərvanə olum günəşə, aya.

Söylə, nə vaxtadək bir tikə üçünŞaha və gədaya yalvarım hər gün.

Süfrəndən nemətli bir şey olarmı?Səndən səxavətli dünyada varmı?

Öz xırmanından ver zəkatımı sən,Qəbzinlə gəzməyim qapı-qapı mən.

Bir əkin yeriyəm hər yanı bərbad,Bu, suyla, torpaqla olacaq abad.

Mənə öz qapından ver torpaqla su,Axıtsın yolumda olan kol-kosu.

Məni mənliyimdən ayıran zamanSən öz cövhərini alma canımdan.

Məni qaytaranda özümə, dərhal,Mərhəmət kölgəni gəl, üstümə sal.

Bu sayən olmasın çıraqdan uzaq,Gün kimi parlasın işıq saçaraq.

Taki işığınla həmdəm olum mən,Nur kimi kənarda durum kölgədən.

Başqa həmdəmləri almayım dilə,Unudum nə varsa bu gündən belə,

Vəfasız yaranmış bütün qapılar,Bir sənin qapında vəfa tapılar.

Ancaq həyatdadır vəfa, etibar,Ölümlə dağılıb məhv olur onlar.

Yalnız sənin əhdin əbədi qalır,Ölüm də, dirim də səndən əhd alır.

Qiyamət gününü görmədikcə mənAyrılan deyiləm sənin əhdindən.

Bir səni çağırır cahanda səsim,Xatirən olmasa batar nəfəsim.

Əzəl yer üzünə mən gəlməmişdən,Qurduğun nizamı görməmişdim mən.

Torpaqdan yaratdın mayəmi mənim,Torpaqdan yem aldı bütün bədənim.

Tanrı! Varlığıyın gözəlliyindənBütün kainata zinət vermisən.

Lütfün ki, olmuşdur mənə müyəssər,Varlığım çürüyüb gedənə, qədər -

Harda otur desən, oturacağam,Qarşında qul kimi lal duracağam.

Gördüyün bu yoldan çox keçmişəm mən,Gah quyu dibindən, gah taxt üstündən.

İstər qoca olum, istərsə cavan,Yollar müxtəlifdir, mən isə haman.

Bir haldan bir hala keçsəm də dəm-dəm,Yenə ilk şəklimlə hərəkətdəyəm.

Möhtac yaratmadın sən məni əzəl,Dünyada heç məni mətəl qoyma gəl.

Zərrəcə qorxmuram gələn əcəldən,Bu yol dərgahına gedir əzəldən.

Bağ, bostan yoludur ölümün izi,Dostlar sarayına aparır bizi.

Ölüm ki, səndəndir nə qüssə, nə qəm,Qoy ölüm, ölümdən mən dad çəkmərəm.

Hərçəndi dünyada ölüm gerçəkdir,Ölüm, ölmək deyil, yer dəyişməkdir.

O, yemək yerindən yataq yerinə,Ordan şah yanına bir yoldur yenə.

Sənin məclisinə gedən bu yoldan,Əbədi yuxudan qaçmaram, inan.

Sənin şövqin ki, var, mən bəxtiyaram,Şad yatıb, hər zaman şad da qalxaram.

Əgər dərd üzündən qulun NizamiSənə yalvardısa, tut ilticami.

Dəryandan yüksələn bulud bil məni,Yağsam da, boşaltma bu xəzinəni.

Yüz lüğət yaradıb, yazsa yüz əsər,Hər sözün başında səni təriflər.

O, yüz min üzr ilə qapında durar,Bilir ki, boynunda min günahı var.

O, bütün dərdini danışmaz ki, sənLalların dilini yaxşı bilənsən.

Xəmirəm qarasa, sən yoğurmusan,Xəttim qarışıqsa, özün qurmusan.

Sən öz xətlərinin hamsını yusan,Ömürlük bağlaram ağzımı, inan.

Bir daha versən də mənə ixtiyar,Hakimlər hakimi, ixtiyarın var.

Ölüm pəncəsiylə döyüşməmiş mən,Ruzgarın cilovu çıxmamış əldən,

Sən mənə rəhm edib, yol göstər yenə,Peyğəmbər qəbrinin ziyarətinə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri