Xosrov və Şirin, fəsil 100
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
دگر ره گفت «بعد از زندگانیبه یاد آرم حدیث این جهانی؟»
جوابش داد پیرِ دانشآموزکه «ای روشنچراغِ عالمافروز
تو آن نوری که پیش از صحبت ِ خاکولایت داشتی بر بام افلاک
ز تو گر باز پرسند آن نشانهانیاری هیچ حرفی یاد از آنها
چو روزی بگذری زین محنتآباداز آن ترسم کز این هم ناوری یاد
کسی کاو یاد نارد قصهٔ دوشتواند کردن امشب را فراموش»
Xosrov dedi: "İnsan bəs o dünyadaBu dünya işini salırmı yada?"
O ağıllı qoca söylədi: "Bir bax,Aləmə nur saçan ey parlaq çıraq!
Sən parlaq nur idin torpaqdan əvvəl,Tutmuşdum fələyin damında məhəl.
Bir nişan sorsalar o yerdən, söylə,Yadına düşərmi bir kəlmə belə?
Bu fani dünyadan köçəndə bir günBu dünya da çıxar yadından bütün.
Keçən gecəsini unudan insanBu gecəsini də unudar, inan!"
Xosrov dedi yenə: "Uğurlu ustad,Bu təfəkkür nədir, bir mənə anlat?"
Büzürgümid dedi: "Şahım, indi sənTəfəkkür haqqında sual verirsən.
Önündə o böyük pərvərdigarınTəfəkkür deyilmi yalvarışların?"
Kitabxana.az · https://kitabxana.az/works/nizami-xosrov-ve-sirin-100
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Açdı gözlərini yuxudan səhər,Sarı köynək geydi o mavi göylər.
Leyli və Məcnun, fəsil 27O göylər pərisi günəş yananda,Səhər pərdəsindən baş qaldıranda
Leyli və Məcnun, fəsil 28İbn-Səlamın dastanıMəna dənizinin qəvvası insan
Leyli və Məcnun, fəsil 29Leylinin ərə getməsindən Məcnunun xəbər tutmasıBağdad ellərinin söz yaradanı