Yeddi gözəl, fəsil 38
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
چون فروزنده شد به عکس و عیارنقد این گنجهخیز رومیکار
نام شاهنشهی برو بستمکاب گیرد ز نقش او دستم
شاهِ رومیقبایِ چینیتاججزیتش داده چین و روم خراج
یافته از ره اصول و فروعبخت ایشوع و رای بختیشوع
بر زمینبوسش آسمان بر پایو آفرینش ز جاه او بر جای
در نظامی که آسمان دارداجری مملکت دونان دارد
زان مروّت که بوی مشک دهدلؤلؤ تر چو خاک خشک دهد
از زمین تا اثیر در دو کف استصافی او شد که مایه شرف است
در ذهب دادنش به سائل خویشزر مصری ز ریگ مکی بیش
تیغش آن کرده در صلابت سنگکاتش تیز با تراش خدنگ
بیدبرگش به نوکِ مویشکافنافهٔ کوه را فکنده ز ناف
دِرعش از دست صبح نیزهگشاینیزهش از درع ماه حلقهربای
شش جهت بر قبای او زرهیهفت چرخ از کمند او گرهی
ای نظامی امیدوار به تونظم دوران روزگار به تو
زمی از قدرت آسمان داندو آسمانت هم آسمان خواند
دور و نزدیگ چون در آب سپهرتیز و آهسته چون در آینه مهر
قائم عهد عالمی به درستقائم نامده فکندهٔ تست
با همه چون ملک بر آمدهایوز همه چون فلک سر آمدهای
این چنین نامه بر تو شاید بستکز تو جای بلندنامی هست
چونکه شد لعل بسته بر تاجشبر تو بستم ز بیم تاراجش
گر به سمع تو دلپسند شودچون سریر تو سربلند شود
خار کان انگبین بر او رانندزیرکانش ترانگبین خوانند
میوهای دادمت ز باغ ضمیرچرب و شیرین چو انگبین در شیر
ذوق انجیر داده دانهٔ اومغز بادام در میانهٔ او
پیش بیرونیان برونش نغزوز درونش درونیان را مغز
حقهای بسته پر ز در داردوز عبارت کلید پر دارد
در دران رشته سر گرای بودکه کلیدش گره گشای بود
هر چه در نظم او ز نیک و بد استهمه رمز و اشارت خرد است
هر یک افسانهای جداگانهخانهٔ گنج شد نه افسانه
آنچه کوتاهجامه شد جسدشکردم از نظم خود دراز قدش
وآنچه بودش درازی از حد بیشکوتهی دادمش به صنعت خویش
کردم این تحفه را گزارش نغزاینت چرب استخوان شیرین مغز
تا درآری به حسن او نظریجلوهای دادمش به هر هنری
لطف بسیار دخل اندک خرجکرده در هر دقیقه درجی درج
دست ناکرده دلستانی چندبکر چون روی غنچه زیر پرند
مصرعی زر و مصرعی از درتهی از دعوی و ز معنی پر
تا بدانند کهز ضمیر شگرفهرچه خواهم درآورَم به دو حرف
وآنچه بر هفت کنج خانهٔ رازبستم آرایشی فراخ و دراز
غرض آن شد که چشم از آرایشدر فراخی پذیرد آسایش
آنچه بینی که بر بساط فراخکردهام چشم و گوش را گستاخ
تنگچشمان معنیام هستندکه رخ از چشم تنگ بربستند
هر عروسی چو گنج سر بستهزیر زلفش کلید زر بسته
هر که این کان گشاد زر بایدبلکه در یابد آن که دریابد
من که نقاش نیشکر قلممرطبافشان نخل این حرمم
نی کلکم ز کشتزار هنربه عطارد رساند سنبل تر
سنبله کرد سنبلم را خاصگرچه القاص لایحب القاص
چون من از قلعه قناعت خویششاه را گنج زر کشیدم پیش
در ادا کردن زر جایزوامدار من است رویین دز
وامداری نه کز تهی شکمیدز رویین بود ز بی درمی
کاهن تیز آن گریوهٔ سنگلعل و الماس ریخت صد فرسنگ
لعل بر دست دوستان به قیاسوز پی پای دشمنان الماس
آن نه دز کعبه مسلمانیستمقدس رهروان روحانیست
میخ زرین و مرکز زمی استنام رویین دزش ز محکمی است
یافت دریافت نارسیده اوزهره را هم زره دریده او
جبل الرحمه زان حریم دریستبو قبیس از کلاه او کمریست
ابدی باد خط این پرگارزان بلند آفتاب نقطه قرار
در دزی چون حصار پیوندندنامهای بر کبوتری بندند
تا برد نامه را کبوتر شادبر آنکس که او رسد فریاد
من که در شهربند کشور خویشبسته دارم گریزگه پس و پیش
نامه در مرغ نامه بربستمکاو رساند به شاه، من رَستم
ای فلک بر در تو حلقه به گوشهم خطا پوش و هم خطاییپوش
چون مرا دولت تو یاری کردطبع بین تا چه سحرکاری کرد
از پس پانصد و نود سه برانگفتم این نامه را چو ناموران
روز بر چارده ز ماه صیامچار ساعت ز روز رفته تمام
باد بر تو مبارک این پیوندتا نشینی بر این سریر بلند
نوشی آب حیات ازین ابیاتزنده مانی چو خضر از آب حیات
ای که در ملک جاودان بادیملک با عمر و عمر با شادی
گر نرنجی ز راه معذوریگویمت نکتهای به دستوری
بزمهای تو گرچه رنگین استآنچه بزم مخلد است این است
هر چه هست از حساب گوهر و گنجراحت اینست و آن دگر همه رنج
آن اگر صد کشد به پانصد سالدیر زی تو که هم رسد به زوال
وین خزینه که خاص درگاهستابدالدهر با تو همراهست
این سخن را که شد خرد پروردبر دعای تو ختم خواهی کرد
دولتی باش هر کجا باشیدر رکابت فلک به فراشی
دولتت را که بر زیارت بادخاتم کار بر سعادت باد
Tam əks-əyarlı nəqdi GəncədənRumi çeşnisiylə parladınca mən,
Ona şah adını bəxş etdi dilim,Naxşından istədim sulansın əlim.
Çini libaslı şah qoydu qızıl tac,Çin və Rum şahları ona verdi bac.
Üsul, firu ilə oldu aşinaBəxtiyşu rəyinə, İyşu baxtına.
Yerini öpməyə göylər qalxışar,Onun cəlalıyla yaranmış yaşar.
Şahadır hər zaman göyün xidməti,İkicə çörəkdir onun ücrəti.
Bu mərdlik ətirli bir müşkə bənzər,Quru torpaq kimi paylayar gövhər.
Xılt ilə köpükdür torpaq, asiman,Şərəf mayasıdır, safdır hər zaman.
Sailə zər verər, bərabəri yox,Məkkənin qumundan onun zəri çox.
Sərt daşa qılıncı bir oyun açar,Elə bil, gur odda alışır çinar.
Tük yaran oxunu sürətlə aldı,Dağın nəfəsini göbəkdən saldı.
Zirehinin nuru o yerə çatdıKi, subh nizəsini əlindən atdı.
Nizə oynadarkən böyük cahandar,Ayın zirehindən həlqə qopardar.
Geyiminə zireh altı cəhətdir,Göylər kəmərinə düyün nisbətdir.
Sənə bel bağlayır, bil ki, Nizami,Səndədir dövranın nəzmi, nizamı.
Deyim ki, yer səni asiman sanır,Göy səni adıyla hər zaman anır.
Suda göy əksitək yaxınsan, uzaq,Aynada günəştək yaxın və parlaq.
Sənsən bu dünyanın qüdrətli şahı,Dünyamız gözləməz özgə pənahı,
Nadirsən hər zaman mələklər kimi,Ucasan hamıdan fələklər kimi.
Həməl hədiyyəndir, qalxıb ucalsın,Qoy səndən aləmdə şan-şöhrət alsın.
Adına bağlandı o qaş-daşdı tac,Qorxdum cavahiri edilə tarac.
Xoşlasan əsərim ad alacaqdır,Qalxıb taxtın kimi ucalacaqdır.
Tikanın üstünə töksən bal əgər,Tərəngəbin deyər ona zirəklər.
Könül bağçasının barıdır bu, al,Sanki bəslənilib süd içində bal.
Bir incir zövqü var hər dənəsində,Durur badam içi miyanəsində.
Zahir əhli üçün bir nöqsanı yox,Batil əhli üçün mənalıdır çox.
Gövhər ilə dolu sandıqçası var,Gözəl ibarələr o möhrü açar.
Kim aça bilərsə ibarələri,Ağıl riştəsinə düzər gövhəri.
Vurduğum bu yaxşı və bu yaman falRəmzü işarədir, yaradır kamal.
Sanma nağıllarım boş əfsanədir,Hər biri dopdolu bir xəzanədir.
Hansı bir gözəlin qısaydı donu,Mən öz nəzmim ilə uzatdım onu.
Uzun geyimlini götürdüm, aldım,Dedim sənətimlə kəsim, qısaldım.
Verdim bu töhfəni sənə yadigar,Yağlı bir sümükdür, şirin məğzi var.
Ancaq sən hüsnünə salasan nəzər,Ona civə verib işlətdim hünər.
Çox gəlir gətirir, sərf edir az xərc,Olmuş hər sətrində bir sandıqca dərc.
Hər biri qəlb alan nazlı, incədir,İpək altındakı bakir qönçədir.
Bir misrası dürdür, bir misrası zər,Mənayla doludur bütün beytlər.
Qoy bütün dünyada çəkilsin adım,İki hərflə gələr başa muradım.
Yeddi xəznəsi var əsrarın, demək,Vurdum uzun, geniş naxışlı bəzək.
Oxunan zaman bu əsərim sizə,Rahatlıq gətirib nur versin gözə.
Genişdir büsatı, gözəl növrağı;Məftun etdim yaman, gözü, qulağı.
Məna gözəllərim baisdir buna,Onlar dargözlüyü atmış bir yana.
Bağlı bir xəznədir hər gözəl pəri,Xəznə açarını gizlər telləri.
Mədənimi açan tapacaqdır zər,Qapımı kim tapsa toplayar gövhər.
Neyşəkər qələmli sənət tacıyam,Dərgahın şirin bir göy ağacıyam.
Qarğım hünərimin əkin yerindənSünbülü qaldırıb Ütariddə tən.
Nağılçı sevməzsə nağıl deyəni,Sünbülə çox sevər bu sünbüləni.
Çünki qənaətin tunc qələsindənPadşaha xəznələr yetirmişəm mən.
Bəxşiş qızılını verməkdə, yenəYaman borclu qaldı Ruyindiz mənə.
Buna səbəb olan yoxsulluq deyil,Ruyin qələsinin varı boldur, bil.
Bu möhkəm qələnin iti dəmiriLəl, almaz eylədi yüz ağac yeri.
Ləli dost əlində saysız dəyərdir,Almazı düşmənə iti kəsərdir.
Qələ yox, Kəbədir, anlayır hər kəs,Ruhani gözündə odur müqəddəs.
Yerin mərkəzidir, qızıl məhvərdir,Ruyindizdir, demək, çox mötəbərdir.
Qafdan Qafa qədər keçirmiş ələ,Dağların canına salmış vəlvələ.
Onun qapısıdır, bil, Rəhmə dağı,Bağlar Buqubeysdən kəmər papağı.
Bu pərgarın xətti daim var olsun,Nöqtəsi günəşdən bərqərar olsun.
Hər kim sığınarsa qala içinə,Məktubu bağlarlar bir göyərçinə.
Göyərçin aparar kağızları şad,O şəxsə ki ondan gözlənir imdad.
Keçir öz ölkəmdə mənim hər günüm,Qaçmaram, bağlıdır arxamla önüm.
Məktubu bağladım, bax, göyərçinəKi, şaha çatdırsın, yar olsun mənə.
Göy sənin qapında bir quldur, əhsən,Xətayi geyinib, xəta örtənsən.
Dövlətin şairin dadına yetdi,Qələmim gör necə sehrlər etdi.
Beş yüz doxsan üçdə qalxıb ər kimi,Yazdım bu əsəri igidlər kimi.
Ramazan ayının on dördü vardı,Gün dörd saat qalxıb batmış olardı.
Taxtın olsun görüm daima yüksək,Göndərdiyim əsər sənə mübarək.
Şerimdən həyatın suyunu iç, al,Sən də Xızr kimi daim diri qal.
Mülkündə əbədi yaşa sən azad,Mülkünlə, ömrünlə, taxtınla ol şad.
Məzur tut nöqtəmdən incisən hərgah,Sənə incə nöqtə söylərəm, ey şah!
Bəzmində varsa da əzəmət, cəlal,Bu bir bəzmdir ki, cənnətdən misal.
Xəznəndə cəvahir, qaş-daş, hər nə var,Tamam əziyyətdir, bu nəşə saçar.
Vursalar yüz deyil, beş yüz il başa,Puç olub dağılar, sən uzun yaşa!
Saraya aiddir verdiyim xəznə,Əbədi bir yoldaş olacaq sənə.
Ağlın yetirdiyi bu xəznəyə bax,Duan ilə ona son vurulacaq.
Dövlətin hər yerdə görüm baş olsun!Fələk rikabında bir fərraş olsun!
Dövlətin yayılmış, ey şah, hər yana,İşlər səadətlə yetişsin sona!
Kitabxana.az · https://kitabxana.az/works/nizami-yeddi-gozel-38
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən şahlıq taxtının şahsüvarısan,Qaranın və ağın hökmdarısan.
Leyli və Məcnun, fəsil 6Sən, ey can aləmi, ey aləmə can!Ey insan qəlbini güldürən insan!
Leyli və Məcnun, fəsil 7Səhərin qırmızı gövhəri erkənZülmətdən bir işıq zahir edərkən,
Leyli və Məcnun, fəsil 8Məni inkar edənlərdən şikayətCoşmaq zamanıdır, coş, ey könül, sən,
Başqa şairlərin şeirləri
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
Məyus bir qəlbin fəryadıEy nəşvəli, ey işvəli ümmid!Lənət sana, ey afəti-cavid!
ƏslimizƏslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.
GörmədimMən cahan mülkündə, mütləq, doğru halət görmədim,Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim