دگر روز کین طاق پیروزه رنگبرآورد یاقوت رخشان ز سنگ

Firuzə rəngli tağ ertəsi günüDağ-daşdan ucaltdı yaqut güzgünü.

الانی سواری چو غرنده شیربرآمد سیاه اژدهائی به زیر

Alanlı bir atlı döndü aslana,Qara əjdahatək girdi meydana.

یکی گرز هفتاد مردی بدستکه البرز را مغز درهم شکست

Əlində yetmiş zor igidin gürzü,Kökündən ayırır qoca Əlbürzü.

مبارز طلب کرد و می‌کشت مردز گردان گیتی برآورد گرد

Mərd kimi dolaşıb başlar yarırdı,Fələyin qəlbindən toz qoparırdı.

ز رومی و ایرانی و خاوریبسی را فکند اندران داوری

İran, Rum və Çinin igidlərindənÇox kişi öldürdü o nər döyüşkən.

همان روسی افکن سوار دلیربرون آمد از پره چون نره شیر

Yenə o rus qıran adlı pəhləvan.At çapdı meydana o qızmış aslan.

کمان را زهی برزد از چرم خامبشست اندر آورد یک تیر تام

Yayına xam göndən bir kiriş vurdu,Ox aldı əlinə, yayını qurdu.

به نیروی دست کمان گیر اوبیفتاد الانی به یک تیر او

Yay tutan qolunun gücüylə oxdanAlanlı pəhləvan təslim etdi can,

چو ماسورهٔ هندباری به رنگمیان آکنیده به تیر خدنگ

Sanki bir məkikdir hind qamışından,İçindən ox dəyib keçmiş bir zaman.

دگر ره یکی روسی گربه چشمچو شیران به ابرو درآورده خشم

Bir pişik gözlü rus alnında qırış,Acığı aslantək qaşına yığmış.

سلاح آزمائی درآموختهبسی درع را پاره بردوخته

Döyüşdə tanışdı ona hər yaraq,Zirehə yüz yerdən vurmuşdu yamaq.

درآمد به شمشیر بازی چو برقز سر تا قدم زیر پولاد غرق

Durdu həm qılınc, həm at oynatmağa,Polada batmışdı başdan-ayağa.

پذیره شده شورش جنگ رالحیفی برافکنده شبرنگ را

Meydanda döyüşü sanırdı asan,Atını yüklədi hər bir silahdan.

اگر چه دلی داشت چون خاره سنگنبود آزموده خطرهای جنگ

Ürəyi daşdan da möhkəmdi, əlbət,Bilmədi döyüşdə var necə dəhşət.

به تنهائی آن پیشه ورزیده بودز شمشیر دشمن نلرزیده بود

Silaha təklikdə alışmışdı bu,Düşmən qılıncından duymamış qorxu.

چو آن اژدها دم برانداختششکاری زبون دید بشناختش

Əjdaha ürəkli salınca nəfəs,Aciz bir ov gördü, çıxarmadı səs.

سلاحی بر او دید بیش از نبردجل و جامه‌ای بهتر از اسب و مرد

Gördü ki, üstündə çox yarağı var,Özündən, atından xoşdur çul, paltar.

به یک ضربتش جان ز تن درکشیدبه جل برقعش برقع اندر کشید

Başını qılıncla oynatdı yerdə,Çulundan üzünə çəkdi bir pərdə.

دگر روسیی بست بر کین کمرهمان رفت با او که با آن دگر

Başqa rus kin ilə at oynatdıqca,Torpağa sərildi qılınc atdıqca.

دلیر دگر جنگ را ساز کردبه تیری دگر جان ازو باز کرد

Başqa rus yanaşdı kəskin polada,Onlara dəyəndən dəydi buna da.

بهر تیر کز شست او شد روانبه پهلو درآمد یکی پهلوان

Yayından şığıyan hər kəskin oxdanYan verdi yerə bir igid pəhləvan.

به ده چوبهٔ تیر آن سوار بهیزده پهلوان کرد میدان تهی

O atlı qəhrəman düz on ox atdı,On igid qəhrəman torpaqda yatdı.

دگر باره پنهان ز بینندگانبیامد بجای نشینندگان

Yenə də görünməz oldu gözlərə,Qayıtdı igidlər oturan yerə.

چنین چند روز آن نبرده سواربه پوشیدگی حرب کرد آشکار

Neçə gün o igid hərbə yanaşdı,Örtülü çıxaraq, açıq savaşdı.

نبد هیچکس را دگر یارگیکه با او برون افکند بارگی

Qalmadı kimsədə cəsarət, hünər,Döyüşdə onunla dursun bərabər.

به جایی رسیدند کر بیم تیغپراکندگیشان درآمد چو میغ

Can, qılınc qorxusu çatdı bir yerə,Az qaldı dağılsın onlar çöllərə.

شکیبی به ناموس می‌ساختندخیالی به نیرنگ می‌باختند

Namusa dalaraq etdilər səbir,Hiyləyə uyaraq tökdülər tədbir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri