Sirlər xəzinəsi, fəsil 49
Məsnəvi nədir?
Məsnəvi: hər beyti öz qafiyəsi ilə gələn uzun nəzm, adətən dastan və ya hekayə.
قصه شنیدم که در اقصای مروبود ملکزاده جوانی چو سرو
Mən eşitdim ki, Mərvin kənarında bir cavan,Sərv kimi uca boylu şahzadə varmış, qanan.
مضطرب از دولتیان دیارملک بر او شیفته چون روزگار
Ölkənin varlısından düşmüşdü həyəcana,Ölkə bir ruzgar kimi üsyan edirdi ona.
تازگیاش را کهنان در ستیزپر خطر او زآن خطر نیم خیز
Onun təzəliyinə köhnələr bəslədi kin,Əsirdi baş verəcək üsyandan yarpaq təkin.
یک شب از آن فتنه پر اندیشه خفتدید که پیریش در آن خواب گفت
Şahzadə yatdı gecə bu fitnənin fikrilə,Onu bu halda görən bir qoca gəldi dilə:
کهای مه نو برجِ کهن را بکنو ای گُلِ نو شاخِ کهن را بزن
„Ey təzə ay, bu köhnə bürcü sökdür, dağıtdır.Ey yeni gül, bu köhnə budağı dibindən qır,
تا به تو بر ملک مقرر شودعیش تو از خوی تو خوشتر شود
Beləliklə tutarsan məmləkətində qərar.Ömrün bu xislətindən özünə şadlıq tapar“.
شه چو سر از خواب گران بر گرفتآن دو سه تن را ز میان برگرفت
Şah ayılıb yuxudan, tərəddüd etmədən çoxO, iki-üç nəfəri tez aradan etdi yox,
تازه بنا کرد و کهن در نوشتملک بر آن تازه مَلِک تازه گشت
Köhnələri ataraq qurdu bir təzə dövlət,Bu təzə şahzadəyə oldu təzə məmləkət.
رخنهکُنِ مُلک سرافکنده بهلشگر بد عهد پراکنده به
Başı kəsilməlidir kim rəxnə salsa mülkə,Əhdi sındıran ordu qoy olsun tikə-tikə.
سر نکشد شاخ نو از سرو بنتا نزنی گردن شاخ کهن
Əgər köhnə budağın tez boynunu vurmasan,Sənin təzə budağın kökdən göyərməz, inan.
تا نشود بسته لب جویبارپنجهٔ دعوی نگشاید چنار
Bağlanmazsa, doğrusu, köhnə arxın qabağı,Göylərə qalxa bilməz çinarın qol-budağı.
تا نکنی رهگذر چشمه پاکآب نزاید ز دل و چشم خاک
Bulaq keçidlərini təmizləməsən bir az,Torpağın sinəsindən, gözlərindən su çıxmaz.
با تو برون از تو درون پروریستگوش تو را نیک نصیحتگریست
Bir yaxşı sirdaş vardır, səndən kənar, səninlə,O, yaxşı öyüdçüdür, sən gəl bir onu dinlə.
یک نفس آن تیغ برآر از غلافچند غلافش کنی ای بر خلاف
Bir an sən o qılıncı çıxart qından yaxında.Nə vaxtadək sən onu saxlayacaqsan qında?
آن نفس از حقهٔ این خاک نیستاین حق آن همنفس پاک نیست
Səndən deyil bu nəfəs, ağıl, bu hoqqa torpaq,O pak haqqın yoldaşı deyil bu pak, bil ancaq.
پیش چنین کس همگی پیشکشنام کرم بر همهٔ خویش کش
Var-yoxunu belə bir adama sən bəxş elə,Kərəm adı qazandır öz varlığına belə.
دولتیان کهآب و درم یافتنددولت باقی ز کرم یافتند
O dövlətli kəslər ki, göstərdilər səxavət,Onlar əldə etdilər tükənməz, saysız dövlət.
تخم کرَم کشتِ سلامت بوَدچون برسد برگ قیامت بود
Kərəmin toxumudur, ən salamət bir əkin,Yetişdimi, qiyamət, azuqəsidir yəqin.
یارب از آن گنج که احسان توستنقد نظامی سره کن کهآن توست
Öz ehsan xəzinəndən, ilahi, bir ehsan et!Ruzindən Nizaminin nəqdini ver, dadə et!
Kitabxana.az · https://kitabxana.az/works/nizami-sirler-xezinesi-49
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
O yaqut qədəhi, saqi, birbaşaMənə ver, ayağım toxunmuş daşa.
Şərəfnamə, fəsil 32Ey saqi, əl uzat qəm qovan meyə,Durma, ver mən kimi qəlbi dərdliyə.
Şərəfnamə, fəsil 33Canpərvər şərabı dur gətir, saqi,O susuzlar üçün çeşmədir, saqi!
Şərəfnamə, fəsil 34Dur, saqi, şərabdan bir qədəh gətir!O qızıl çiçəkdən bir fərəh gətir!