بیا ساقی از باده جامی بیارز بیجاده گون گل پیامی بیار

رخم را بدان باده چون باده کنز بیجاده رنگم چو بیجاده کن

به جشن فریدون و نوروز جمکه شادی سترد از جهان نام غم

جهاندار بنشست بر تخت خویشنشستند شاهان سرافکنده پیش

نوازندگان می و رود و جامبرآراسته دست مجلس تمام

می نوش و نوشابهٔ چون شکرعروسان به گردش کمر در کمر

در آن مجلس اسکندر فیلقوسنکرد التفاتی به چندان عروس

یکی آنکه خود بود پرهیزگاردگر در حرم کرد نتوان شکار

یکایک همه لشگر از شرم اونگشتند یک ذره ز آزرم او

هوا سرد و خرگاه خورشید گرمزمین خشگ و بالین جمشید نرم

برون رفت از چاه دلو آفتاببه ماهی گرفتن سوی حوض آب

درم بر درم کیسهٔ کوه و شخگره بسته چون پشت ماهی ز یخ

دمه دَم فروگیر چون چشم گرگشده کار گرگینه دوزان بزرگ

سرین گوزن و کفل‌گاه گوربه پهلوی شیران درآورده زور

کباب‌ تر از ران آهوی‌ ترنمک ریخته آب را بر جگر

ز باریدن ابر کافور بارسمن رسته از دست‌های چنار

بنفشه نکرده سر غنچه تیزچو برگ بهار آسمان برف ریز

درخت گل از باد آبستنیشکم کرده پر بچه رستنی

دهن ناگشاده لب آبگیرکه آمد لب سبزه را بوی شیر

صبا بلبلان را دریده دهلز نامحرمان روی پوشیده گل

شده بلبله بلبل انجمنچو کبک دری قهقهه در دهن

ز رخسار میخوارگان رنگ میبه‌هر گوشه‌ای گل برآورده خوی

به عذر شب دوش فرمود شاهکه آتش فروزند در بزمگاه

برآراست از زینت و زر و زیبچو باغ ارم مجلسی دل‌فریب

درو آتشی چون گل افروختهگل از رشک آن گلستان سوخته

شده خار از آتش چون زر به دستنه چون خار زردشتی آتش پرست

به مشکین زکال آتش لاله رنگدرافتاده چون عکس گوهر به سنگ

به آتش بر آن شوشهٔ مشک سنجچو مار سیه بر سر چاه گنج

ز بی رحمتی داده پیر مجوسسواد حبش را به تاراج روس

ز هندوستان آمده جوزنیبه‌هر جو که زد سوخته خرمنی

مغی ارغوان کشته بر جای جوبنفشه دروده به وقت درو

سیاهی به مازندران برده مشکبدل کرده با شوشهٔ زر خشک

ز هندو زنی خانه پر خون شدههمه آبنوسش طبرخون شده

به چین کرده سقلابی‌یی ترکتازسموری به برطاسی‌یی کرده باز

بلالی برآورده آواز خوشصلا داده در روم و خود در حبش

بر آواز او زنگی قیرگونگشاده ز دل زهره وز دیده خون

دبیری قلم رسته از پشت اوقلم‌های مشکین در انگشت او

نشسته جوانمردی اطلس‌فروشز خاکستری پیر‌زن درع‌پوش

ز بهر پلاسی رسن تافتهبه‌جای پلاس اطلسی یافته

چو در کوره‌ای مرد اکسیر‌گرفرو برده آهن برآورده زر

شراره که اکسیر زر ساختهز هر سو به دامن زر انداخته

به خار از بر شعلهٔ آذریچو بر سرخ گل شعر نیلوفری

سفالی ز ریحان برآراستهبه ریحانی از بیشه‌ها خاسته

نه آتش گل باغ جمشید بودکلیچه‌پز خوان خورشید بود

فروزندهٔ گوهر نیک و بدرفیق مغ و مونس هیربد

شکفته گلی خورد او خار بنبه دیدار تازه به گوهر کهن

ترنم‌سرا‌ی تهی‌مایگانپیام‌آور دیگ همسایگان

ترنگا ترنگی که زد ساز اوبه از زند زردشت و آواز او

بدین زندگی آتش زند سوزبر افروخته شاه گیتی فروز

چو برگ گل سرخ بر شاخ سروبر او گاه دراج و گاهی تذرو

ز بسد چناری برافراختهبر او کبک نالنده چون فاخته

اگر پای بط بر سر آرد چناربر او سینهٔ بط زند زیر زار

تن بط بود در خور آبگیرچو بر آتش آری برآرد نفیر

در آن باغ مرغان به جوش آمدهز هر یک دگرگون خروش آمده

ستا زن برآورده بانگ سرودسرودی نوآیین‌تر از صد درود

جگرها به خون در نمک یافتهنمک را ز حسرت جگر تافته

شکر بوزه با نوک دندان درازشکر خواره را کرده دندان دراز

کباب تر و بوی افزار خشکاباهای پرورده با بوی مشک

ز ریچارها آنچه باشد عزیزترنج و به و نار و نارنج نیز

مغنی چو زهره به رامشگریصراحی درخشنده چو مشتری

به گلگون گلابی دلاویزترنشانده جهان از جهان درد سر

همه ساز آهنگها نرم خیزبجز ساز کاهنگ او بود تیز

همه پخته بودند یاران تمامبجز باده کو در میان بود خام

سکندر ز مستی شده نیم‌خوابروان آب در چنگ و چنگی در آب

می و مرغ و ریحان و آواز چنگبتی تنگ چشم اندر آغوش تنگ

کسی کاین مرادش میسر شودگرش جو نباشد سکندر شود

به یاد شه آن مشتری پیکرانچو زهره کشیدند رطل گران

چو یک نیمه از روز روشن گذشتفلک نیمه راه زمین در نوشت

بفرمود شه تا رقیبان گنجکشند از پی میهمان پای رنج

زر و زیور آرند خروارهاز سیفور و اطلس شتر بارها

ز جنس حبش خادمی نیز چندبه دیدار نیکو به بالا بلند

بسی نافه مشک و دیبای نغزکز ایشان فزوده شود هوش و مغز

ز مرد نگینهای با آب و رنگدر و لعل و فیروزه بی وزن و سنگ

یکی تاج زرین زمرد نگاربرآموده از لؤلؤی شاهوار

پرندی مکلل به یاقوت و درهمه درزش از گرد کافور پر

عماری و اشتر به هرای زرعماری کشان جمله زرین کمر

چنین زیور نغز گوهر نشانبه نوشابه دادند گوهر کشان

بپوشید نوشابه تشریف شاهچو تشریف خورشید رخشنده ماه

جداگانه از بهر هر پیکریبفرمود پرداختن زیوری

به اندازه هر یکی چیز دادبپوشیدشان بردنی نیز داد

پریچهره با آن پری پیکرانشدند از بسی گنج و گوهر گران

زمین بوسه دادند بر شکر شاهبه خرم دلی برگرفتند راه

ازان کان چو گوهر گرای آمدندچو گنجی روان باز جای آمدند

Dur, saqi, şərabdan bir qədəh gətir!O qızıl çiçəkdən bir fərəh gətir!

Üzümün rəngini şərabla bir tut,Yaquta bənzətmə, qıl tam bir yaqut!

Firidun şənliyi, Cəmin novruzuÜzlərdən silmişdi kədəri, tozu.

İskəndər şövkətli taxta oturdu,Önündə padşahlar boynunu burdu.

Oxuyub çalanlar, şərab və qədəhO gözəl məclisə verirdi fərəh.

Nüşabə naz ilə hey qədəh alar,Ortada gəlinlər qol-qola oynar.

Məclisdə Feyləqus oğlu İskəndərO pəri qızlara salmadı nəzər.

Birinci, nəfsini oda salmazdı,İkinci, hərəmdə ov ovlamazdı.

Başçılar məclisdə ağır oturdu,Padşaha hörmətçin mərd kimi durdu.

Göy soyuq, Günəşin xeyməsi ocaq,Yer quru, Cəmşidin yastığı yumşaq.

Günəş Dəlv bürcündən çıxdı qırağa,Girdi Hut bürcünə balıq tutmağa.

Pul-puldur dağların ətəyi, qəlbiBuzlanmış balığın arxası kimi.

Qurd gözlü qasırğa kəsir nəfəsi,Kürkçünün zəhmətə artmış həvəsi.

Maralın kök budu buzdan qorxaraq,Aslan sağrısını etmişdi sığnaq.

Buzlamış ceyranın kabablıq buduSuların bağrına hey duz vururdu,

Buludlar o qədər sıx kafur saçmış,Çinarın qolları ağ çiçək açmış.

Bənövşə qönçəsi tumurcuq ikənBahar yarpağıtək qar gəlir göydən.

Olmuş gül ağacı yeldən hamilə,Qarnını doldurmuş çiçəklər ilə.

Ağzını açmadan buzlu nəhrlər,Otların dodağı sud ətri verər.

Yadlardan gül üzə pərdə çəkəli,Bülbülün təbilin yırtmış dan yeli.

Bülbültək bardaqlar gəlmiş fərəhə,Kəkliktək ağzından düşməz qəhqəhə.

İçənlərin üzü meydən alıb rəng,Qızarmış, tərləmiş gül yarpağıtək.

İskəndər əmr etdi: “Şənlik eşqinə,Məclisdə bir alov parlasın yenə”.

Yenidən yaraşıq, bəzək vuruldu,Cənnətə bənzər bir məclis quruldu.

Məclisdə gül kimi bir atəş yanır,Qibtədən güllərin qəlbi dağlanır.

Odlu tikan tutmuş əldə sarı gül,Bu, Zərdüşt odunun tikanı deyil.

O müşkin kömürdən axan şölələrDaşlara əks edən gövhərə bənzər.

Qara rəng kömürlər ki, alovlanır,Xəzinə üstündə yatan ilandır.

Ya qoca insafsız, rəhmsiz məcusƏmr etmiş, həbəşi qarət etsin rus.

Hindistandan gəlmiş bir nəfər caduXırmana vurar bir arpadan odu.

Muğ arpa yerinə əkmiş ərğəvan,Bənövşə düşürmüş biçdiyi zaman.

Həbəş müşk aparmış Mazandarana,Yerinə saf qızıl vermişdir ona.

Ev hindli qadından qana bürünmüş,Abinus qırmızı söyüdə dönmüş.

Səqlablı atını çapmışdır Çinə,Burtasdan bir samur kükrəmiş yenə.

“Bilal”da çıxarmış gözəl bir səda,Həbəşdə yaşarkən səs verir Rumda.

Onun şən səsinə qara zəncilərQəlbindən qan tökür, gözündən zəhər.

Qara qamışlıqdan çıxmış bir aslan,Uzun barmaqları alovlu oxdan.

Katibin dalından göyərmiş qələm,Barmağında müşkin qələmlər möhkəm

Bir atlaz satandır, oturmuş çox şən,Geyimi qoca bir qadın külündən.

Bir çox ip əyirmiş toxunsun palaz,Palazın yerinə tapmışdır atlaz.

Kimyagərdir bu, kürəsi yanar,Dəmiri ataraq saf qızıl alar.

Alovlar qızıldan qurmuş bir iksir,Öz ətəklərinə saf qızıl səpir.

Alovu bürüyən sıx-sıx tüstülərNeylufər gülünün zülfünə bənzər.

Reyhanla bəzənmiş saxsı güldandır,Ancaq bu, meşədən çıxan reyhandır.

Od deyil, Cəmşiddən qalma bostandır,Günəş xonçasında kökə yapandır.

Ağ-qara cövhəri parladandır bu,Muğlərin yoldaşı - hirbüdün dostu!

Yeni bir qönçədir, yediyi tikan,Cövhəri qədimdir, zahiri cavan.

Qış vaxtı yoxsula şən nəğmə söylər,Qonşuya qazandan elçilik eylər.

Sazının telləri edər zümzümə,Zərdüştün Zəndindən xoşdur bu nəğmə!

Zənd ilə Zərdüştü yaxan atəşiYaxmışdır dünyanın böyük Günəşi.

Al gül yarpağıdır sərv budağında,Ötər kəklik, turac sol və sağında.

Qırmızı mərcandan ucalmış çinar,Başında “qumru” tək kəkliklər ağlar.

Ördəyə başında yer versə çinar,Köksündən acı bir sızıltı qopar.

Ördəyin vücudu suyun düşgünü,Atəşə girərsə qaralar günü.

Bu bağda coşaraq ötüşər quşlar,Hər quşda başqa səs, başqa ahəng var.

Setarla çalınar sanki hər nəğmə,Şərqidən yüz kərə gözəl zümzümə.

Ciyər duz yedikcə hey qanı damır,Duzun da həsrətdən bağrı qıvrılır.

Dişlərə sirr açır şəkərburalar,Yedikcə insanın həvəsi artar.

Qan daman kababın qoxusu ənbər,Müşküylə bəslənmiş aşlar, yeməklər.

Hər çeşid mürəbbə, turşu, meyvə var,Limon və portağal, narınc ilə nar.

Çalanın Zöhrətək oynayır qəlbi,Kuzələr parıldar Müştəri kimi.

O gülgün şərab ki dilbərdən dilbər,Dünyadan dünyaca qaldırmış kədər.

Hamının keyfi saz, səsləri yumşaq,Yalnız saz kəskindir ötsə də şaqraq.

Orda bişmiş idi yoldaşlar tamam,Bircə şərab idi, ortalıqda xam.

Yarım sərxoş idi böyük hökmüdar,Çənginin əlində çəng sutək axar.

Çəng səsi, mey, reyhan, qızarmış quşlar,Dar gözlü sənəmlər, sıxı ağuşlar.

Kimdir həyatından belə kam alan?İskəndərə məxsus bu şərəf, bu şan.

İskəndər eşqinə müştəri üzlərKüpləri boşaltdı gündüzə qədər.

Elə ki gündüzün yarısı keçdi,Fələk də kürənin nisfini biçdi.

İskəndər əmr etdi xəzinaədara:“Xoş gəldin” edilsin bu qonaqlara!

Xalvarla gətirsin qızıl və bəzək,Dəvələr yüküylə atlaz və ipək.

Bir alay həbəşi şux xidmətçilər,Boyları sərv kimi, görüşü dilbər.

Nə müşkə çəki, nə tirməyə daş var,Baxdıqca insanın gözü qamaşar.

Dəyərli üzüklər, zümrüd, firuzə,Brilyant, daş-qaşlar gülümsər üzə.

Qızıldan parlaq tac - zümrüd naxışlı,Gövhərlə işlənmiş naxışlı, daşlı.

Ətəyi kafurla dolu bir qumaş,Üstündə parlayır dəyərli daş-qaş.

Kəcavə qatırda zərli, zivərli,Kəcavə çəkənlər qızıl kəmərli.

Bu qədər zər, zivər, dövlət, yatır varVerdi Nüşabəyə xəzinədarlar.

Nüşabə geyindi şahanə xələt,Necə ki, Günəşdən Ay alır zinət.

Yenidən əmr etdi böyük İskəndər:“Hədiyyə alsın hər pəriüz dilbər!”

Verildi adına görə hədiyyə,Burda geysin deyə, aparsın deyə.

O qədər yükləndi hər gözəl pəri,Çəkə bilməyirdi zəri, zivəri.

Təşəkkür edərək öpdülər yeri,Sevinclər içində döndülər geri.

Gövhər toplayınca uca mədəndən,Axıcı xəznətək döndülər şən-şən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar