بیا ساقی آن صرف بیجاده رنگبه من ده که پایم درآمد به سنگ

O yaqut qədəhi, saqi, birbaşaMənə ver, ayağım toxunmuş daşa.

مگر چاره سازم در این سنگریزچو بیجاده از سنگ یابم گریز

Bir çarə arayım, daşlıqdır hər yan,Yaquttək özümü qoruyum daşdan.

فلک ناقه را زان سبک‌رو کندکه هر روز و شب بازیی نو کند

Fələk dəvəsini sürətlə sürür,Ondandır ki, gündə bir oyun qurur.

کند هر زمان صلح و جنگی دگرخیالی نماید به رنگی دگر

Peşəsi sülhdür, döyüşdür hər an,Keçirir gündə bir rəng xəyalından.

همه بودنی‌ها که بود از نخستنه اینست اگر بازجویی درست‌‌؟

Keçmişi bir kərə alsan nəzərə,Görərsən bənzəmir bugünkülərə.

هم از پرورش‌های پروردگاردگرگونه شد صورت هر نگار

Tanrının verdiyi pərvərişlərləHər gözəl girmişdir başqa bir şəklə.

سر شغل ما گر درآید به خوابمپندار کاین خانه گردد خراب

Sanma biz yatarsaq yatar ruzigar,Bu ev heç bir zaman olmaz tarü mar.

بسا کس که از روی عالم گُم استهمانا که عالَم همان عالَم است

Çoxları köçmüşdür köhnə dünyadan,Bu dünya yenə də hamandır, haman.

چه سازیم چون سازگاران شدندرفیقان گذشتند و یاران شدند

Dəyərli kişilər keçib getdilər,Dostlar da onları təqib etdilər.

به هنگام خود توشهٔ ره بسازکه یاران ز یاران نمانند باز

Yoluna azuqə hazır et bir az,Dost olan dostundan geridə qalmaz.

سرانجام اگر چه به بد بد رودخر لنگ وا آخور خود رود

Nə qədər yolu pis getsə də, bişəkk,Axura düz gedir hər çolaq eşşək.

گزارش چنین کرد گویای دورکه اورنگ شاهان نشد جای جور

Nəql edir köhnədən tarix yazanlar:Olmamış şahların taxtı zülmkar.

سکندر که او مُلک عالم گرفتپی جستن کام خود کم گرفت

İskəndər dünyanı tutduğu zamanŞəxsi istəyinə uymadı bir an.

صلاح جهان جست از آن داوریجهان زین سبب دادش آن یاوری

Çalışdı dünyanı islah etməyə,Onunçun yetmişdi bu böyüklüyə.

جهان بایدت، شغل آن شاه کنهمان کن که او کرد و کوتاه کن

Şahlıqda bir örnək al İskəndəri,Sən də gör İskəndər g.rək işləri.

چو بر ملک آفاق شد کامگارهمی‌گشت بر کام او روزگار

Bu dünya mülküylə oldu bəxtiyar,Onun istəyinə uydu ruzigar.

حبش تا خراسان و چین تا به غوربه فرمان او گشت بی دست زور

Həbəş və Xorasan, Qurdan da Çinə,Qol gücü görmədən keçdi əmrinə.

به هر کشوری قاصدان تاختندهمه سکه بر نام او ساختند

Elçilər, qasidlər getdi hər yana,Sikkələr vuruldu onun adına.

جهاندار اگر چه دل شیر داشتجهان جمله در زیر شمشیر داشت

Bir aslan ürəyi çarparkən onda,Dünyanı tutmuşdu qılınc altında.

نبود اعتمادش بر آن مرز و بومکه هست ایمن آباد رومی به روم

İrana inana bilmədi sərdar,Rumlu öz yurdunda salamat yaşar.

شبی کاسمان طالعی داد چستکزان طالع آید ضمیری درست

Bir gecə uyaraq göylər baxtına,Doğru bir məsləhət verdi taxtına.

فرستاد و دستور خود را بخواندسخن‌های پوشیده با او براند

Vəziri çağırdı, ona söz açdı,Bu gizli fikrini ortaya saçdı:

که چون ملک ایرانم آمد به دستنخواهم به یک جا شدن پای بست

“Madam ki, əlimə keçmişdir İran,Bu yerdə bağlanıb qalmaqdır ziyan.

به گردندگی چون فلک مایلمجز آفاق‌گردی نخواهد دلم

Daima dolanır bu yeddi fələk,Dünya seyrinə var məndə də istək.

ببینم که در گرد آفاق چیستتواناتر از من در آفاق کیست

Görüm bu dünyada yeni nələr var,Varmıdır məndən də güclü tacidar?

چنان بینم از رای روشن صوابکه چون من کنم گرد گیتی شتاب

İşıqlı fikrimcə budur məsləhət:Dünyanı gəzməyə çıxarkən, əlbət,

زر و زیور خود فرستم به رومکه هست استواری دران مرز و بوم

Xəzinə, dövləti Ruma göndərmək,Oraya etimad bağlamaq gərək.

نباید که ما را شود کار سستسبو ناید از آب دایم درست

Hər işdə lazımdır ayıqlıq, diqqət,Hər kuzə çeşmədən çıxmaz səlamət.

بداندیش گیرد سر تخت مابه تاراج دشمن شود رخت ما

Taxtımın başını tutar bir düşmən,Taxtımdan, tacımdan ayrılmaram mən.

جهان را چنین درد سرها بسی‌ستو زینگونه در ره خطرها بسی‌ست

Dünyanın çəkilməz bəlaları var,Bu yolun qorxusu, cəfaları var.

تو نیز ار به یونان شوی باز جایپسندیده باشد به فرهنگ و رای

Ruma dön, orada məskən elə, qal,Mənim də fikrimə uyğundur bu hal.

همان ملک را داری از فتنه دورکه مه نایب مهر باشد به نور

Fitnədən o mülkü qoruyursan sən,Çünki Ay nayibdir işıq Günəşdən.

همان روشنک را که بانوی ماستبری تا شود کار آن ملک راست

Rövşənək xatunu götür bərabər,Onunla ölkənin işi düzələr.

به رایی که دستور باشد خردنگهداری اندازهٔ نیک و بد

Bir fikir doğunca Günəş ağıla,Hər yaxşı-yamana bir ölçü saxla.

نیابت بجای آری از دین و دادنیاری ز من جز به نیکی به یاد

Nayibsən, işi gör, dinlə ədl ilə,Məni yaxşılıqla gətir sən dilə.

ترا از بزرگان پسندیده‌امبه چشم بزرگیت از آن دیده‌ام

Onunçun bəyəndim səni hər kəsdən,Böyüklük gözüylə sənə baxdım mən”.

وزیر از هنرمندی رای خویشچنین گفت با کارفرمای خویش

Sözə başlayaraq hünərli vəzir,O buyruq verənə göstərdi tədbir:

که فرمانروا باد شاه جهانبه فرمان او رای کار آگهان

“Padşaha layiqdir hər buyruq, fərman,Əmriylə iş görür hər iş bacaran.

زمان تا زمان قدر او بیش بادغرض با تمنای او خویش باد

Getdikcə şövkətin kəmalə dolsun,Qərəzlə istəyin qol-boyun olsun,

حسابی که فرمود رای بلندکس از پیش بینی نبیند گزند

O uca rəyiniz göstərdi tədbir,Qarşını görməkdən ziyanmı gəlir?

به فرخنده شغلی که فرمود شاهکمربندم و سرنپیچم ز راه

Şahın göstərdiyi uğurlu işə,Mən boyun qoyaram, düşmə təşvişə.

ولی شاه باید که در کار خویشپژوهش نماید به مقدار خویش

İşində, gücündə, ancaq, hər zaman,Ayıq olmalıdır uca hökmüran.

چو پایان رفتن فراز آیدشسوی بازگشتن نیاز آیدش

Bu mübarək səfər çatınca sona,Dönüncə yenə öz doğma yurduna.

به فرماندهی سر ندارد گرانجهان را سپارد به فرمانبران

Ağır iş deyildir böyük sərvərə,Dünyanı tapşırmaq iş bilənlərə.

نشاید به یک تن جهان داشتنهمه عالم آنِ خود انگاشتن

Dövləti saxlamaz yalnız bir nəfər,Dünyanı özünə bağlamaz bir ər.

جهان قسمت ملک دارد بسیوز او هست هر قسمتی با کسی

Dünyada var saysız ölkə və dövlət,Bu dövran hər kəsə ayırmış qismət.

چو قسم خدا را کنی رام خویشبر آن قسمت افتاده دان نام خویش

Ram etsən özünə Tanrı verəni,Qismətin ondadır, o tutar səni.

طرفدار چون شد به فرمان توطرف بر طرف هست ملک آنِ تو

Hər padşah əmrinə boyun əyincə,Hər ölkə, hər tərəf sənindir məncə.

چو ملک تو شد خانه دشمنانبدو باز مگذار یکسر عنان

Olsa düşmən evi sənin torpağın,Cilovu başına buraxma, saqın.

در این بوم بیگانه کم کن نشستمکن خویشتن را بدو پای‌بست

Başqalar mülkündə durmaq nə yarar,Vurma ayağına onunla çidar.

تو نتوانی این ملک را داشتننه بر وارثان نیز بگذاشتن

Yad mülkü nə əldə saxlamaq olur,Nə də varına bel bağlamaq olur.

که بر ملک این خانه دعوی بسی استهمان حجت ملک با هر کسی است

Sanma bu dünyada çarpışma yoxdur,Hər kəs bir ağadır, gör dikən çoxdur.

در این مرز و بوم از پی سروریز رومی مده هیچکس را سری

Riyasət fikriylə burda, ey salar,Rumlardan kimsəni etməzsən sərdar.

زمین عجم گورگاه کی استدرو پایِ بیگانه وحشی پی است

Kəyan ovlağıdır Əcəm torpağı,Orda bir vəhşidir yadlar ayağı.

در این سالها کایمنی از گزندبرآر از جهان نام شاهی بلند

Nə qədər xatadan uzaqdır həyat,Dünyada padşahlıq adını ucalt.

چو آیی سوی کشور خویش بازمکن کار کوتاه بر خود دراز

Ölkənə dönərkən uzaq səfərdən,Qısaltmış olarsan uzun işi sən.

ملک‌زادگان را برافروز چهرکه تا بر تو فیروز گردد سپهر

Sən güldür üzünü şahzadələrin,Silinsin qəlbindən qəmin, kədərin.

به هر کشوری پادشایی فرستطلبکار جایی به جایی فرست

Hər şahı layiq bir ölkəyə göndər,Nə yeri istərsə o yerə göndər.

طرفها به شاهان گرفتار کنبه هر سو یکی را طرفدار کن

Hər biri bir səmtə tərəfdar olsun,Hər tərəf bir şaha giriftar olsun.

که ترسم دگر باره ایرانیانببندند بر خون دارا میان

Qorxuram əcəmlər qalxsın yenidən,Daranın qanını almaq istərkən,

درآرند لشگر به یونان و رومخرابی درآید در آن مرز و بوم

Yunana və Ruma çıxarsın ordu,Dağıtsın ölkəni, nəyə gərək bu?

چو هر یک جداگانه شاهی کنندز یکدیگران کینه‌خواهی کنند

Hər biri padşahlıq edərsə tək-tək,Ortada düşmənlik artacaq, bişəkk.

ز مشغولی ملک خود هر کسیندارد سوی ما فراغت بسی

Hər kəsi mülkünün qayğısı alır,Ölkəmiz düşməndən səlamət qalır.

چو دشمن درآرد به تاراج دستبدین چاره شاید بدو راه بست

Düşmənlər talana başlarsa ancaq,Yolunu bununla olur bağlamaq.

دگر کین مینگیز در هیچ بومسر کینه‌خواهان مکش روی روم

Bir də ölkələrdə kin toxmu saçma,Yurduna düşmənin yolunu açma.

به خونریزی شهریاران مکوشکه تا فتنه را خون نیاید به جوش

Qoyma qanla yusun şahlar dünyanı,Qoy alovlanmasın düşmənin qanı.

مپندار کز خون گردن‌کشانچو خون سیاوش نماند نشان

Sanma dik başların tökdüyü qandanSəyavuş qanıtək qalmaz bir nişan.

مکش تیغ بر خون کس بی‌دریغترا نیز خونست و با چرخ تیغ

Yersiz qan tökməkdən daim dur geri,Qanlıdır səninlə çarxın xəncəri.

چه خوش داستانی زد آن هوشمندکه بر ناگزاینده ناید گزند

Ərənlər söyləmiş nə gözəl məsəl:“Dəyməz dəyməyənə ziyanlı bir əl”.

کم آزار شو کز همه داغ و دردکم آزار یابد کم‌آزار مرد

Yetməsin kimsəyə səndən qəm, kədər,Az ziyan verənlər az ziyan çəkər.

کم ِ خود نخواهی کم ِ کس مگیرممیران کسی‌را و هرگز ممیر

Xor baxma, alçalmaq sığmaz hər başa,Kimsəni öldürmə, əbədi yaşa”.

چو دستور ازین گونه بنمود راهسخن کارگر شد، پذیرفت شاه

Vəzir yol göstərdi, tökdü çox tədbir,Sözləri padşaha eylədi təsir.

چو گردون سر طشت سیمین گشادغُرابِ سیه خایه زرین نهاد

Dövran gümüş teştin ağzını açdı,Qara qarğa qızıl yumurta saçdı.

مگر موبد پیر در باستانبدین طشت و خایه زد آن داستان

Qoca möbidlərsə tarix boyuncaYumurta və teştdən demiş doyunca.

جهاندار فرمود کآید وزیربرفتن نشست از بر بارگیر

İskəndər ağlıyla tökdü bir tədbir,Əmr etdi: “tez gəlsin, atlansın vəzir.

کتب خانه پارسی هرچه بوداشارت چنان شد که آرند زود

Orda kitabxana varsa nə qədər,İşarə elədi, tez gətirsinlər.

سخن‌های سربسته از هر دریز هر حکمتی ساخته دفتری

Hər çeşid elmdən dəyərli sözlər,Hər incə hikmətdən açdı bir dəftər.

به یونان فرستاد با ترجماننبشت از زبانی به دیگر زبان

Yunana göndərdi tərcüman ilə,Çevirsin bir dildən başqa bir dilə.

چو دستور آمد به دستور شاهکه گیرد دو اسبه سوی روم راه

Padşahın əmriylə gəldi Ərəstu,Durmadan at çapsın Yunana doğru.

بَرَد روشنک را برآراستههمان دفتر و گوهر و خواسته

Rövşənək xanımı alsın bərabər,Götürsün xəzinə, kitab və dəftər.

به فرمان شه جای بگذاشتندبه یونان زمین راه برداشتند

İranı tərk etdi şahın əmriylə,Yunanın yolunu keçirdi ələ.

ز شاه جهان روشنک بار داشتصدف در شکم در شهوار داشت

Rövşənək padşahdan hamilə olmuş,Sədəfin qoynuna inci qoyulmuş.

چو موکب درآمد به یونان زمینگرانبار شد گوهر نازنین

Yunana yetişdi dəbdəbə, əsgər,Yükdən inləyirdi o nazlı gövhər.

چو نُه‌ماهه شد، کانِ گوهر گشادجهان بر گهر گوهری نو نهاد

Doqquz ay olunca, gövhər mədəniDünyaya bəxş etdi öz gövhərini.

نهادند نامش پس از مهد بوسبه فرمان اسکندر اسکندروس

Beşiyi öpərək oldular dilşad,Uşağa qoydular İskəndərüs ad.

ارسطو که دستور درگاه بودبه یونان زمین نایب شاه بود

Ərəstu vəkildi şahdan, həm vəzir,Padşahlıq işində tökürdü tədbir.

ملک‌زاده را در خرام و خورشهمی‌داد چون جان خود پرورش

Yeməkdə, içməkdə o şahzadəyəVerirdi can kimi gözəl tərbiyə.

نگارین رخش را به ناز و به نوشنوآیین دلش را به فرهنگ و هوش

Cismini bəslərdi nazla, nemətlə,Körpə qəlbini də şüur, hikmətlə.

برآورده گیر این چنین صد نگارفرو برده خاکش سرانجام کار

Yüzlərcə gəlmişdir belə gözəllər,Onu torpaq yemiş, qalmamış əsər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri