بیا ساقی آن شب‌چراغ مغانبیاور، ز من بر‌میاور فغان

چراغی کزو چشم‌ها روشن استچراغ دلم را ازو روغن است

بگو ای سخن کیمیای تو چیست‌؟عیار ترا کیمیا‌ساز کیست‌‌؟

که چندین نگار از تو برساختندهنوز از تو حرفی نپرداختند

اگر خانه‌خیزی، قرارت کجاست‌‌؟ور از در درآیی، دیارت کجاست‌‌؟

ز ما سر برآری و با ما نئینمایی به ما نقش و پیدا نئی

عمل خانه دل به فرمان توستزبان خود علم‌دار دیوان توست

ندانم چه مرغی بدین نیکویز ما یادگاری که مانَد توی

سخن بین چه عالی‌ست بالای او‌‌!کسادی مبیناد کالای او‌‌!

متاع گران‌مایه کاسد مبادوگر باد، بر کامِ حاسد مباد

بیار ای سخن‌گوی چابک‌سرایبساط سخن را یکایک بجای

سخن ران از‌آن نامور خفتگانفسونی فرو دم به آشفتگان

گزارندهٔ سرگذشت نخستبه اندیشهٔ نغز و رای درست

چنین داد مژده که چون شهریاربه ملک سپاهان برآراست کار

ز پیروزی چرخِ پیروزه‌رنگنبودش بسی در صفاهان درنگ

به اصطخر شد‌، تاج بر سر نهادبه جای کیومرث و کی‌قباد

شد آراسته مُلک ایران بدوقوی گشت پشت دلیران بدو

بزرگان بدو تهنیت ساختندبدان سر‌بزرگی سر افراختند

نثاری که باشد سزاوار تختفشاندند بر شاه پیروز‌بخت

ز سرچشمهٔ نیل تا رود گنگز شورابِ چین تا به تلخ‌آبِ زنگ

رسولان رسیدند با ساو و باجهمایون‌کُنان شاه را تخت و تاج

چو شه پای بر تخت زرین نهادز گنج سخن حصن رویین گشاد

که باد آفریننده‌ای را سپاسکه کرد آفرین‌گوی را حق‌شناس

سرِ چون منی را ز بالینِ خاکبه انجم رسانید چون نور پاک

به ایران‌م آورد از اقصای رومبه فرمان من سنگ را کرد موم

به جایی رسانید کار مراکه محمل کشد چرخ بار مرا

پذیرفتم از داور آسمانکه ناسایم از داوری یک زمان

ستمدیده را دادبخشی کنمشب تیرگان را درخشی کنم

خرد بر وفا رهنمای منستصلاح جهان در وفای منست

ره راستی گیرم امروز پیشکه آگاهم از روزِ فردای خویش

بپرهیزم از روزِ عُذرآوریبه پرهیزگاری کنم داوری

ز پیشانی پیل تا پای مورنیاید ز من بر کسی دستِ زور

ندارم طمع بر زر و سیم کسوگرچند یابم بر آن دسترس

ز خلق ار چه آزار بینم بسینخواهم که آزارَد از من کسی

ده و دوده را بر‌گرفتم خراجنه ساو از ولایت ستانم نه باج

اگر گنجی آرم ز دنیا به دستمهیا کنم قسمت هر که هست

دهم هر کسی را ز دولت کلیدکنم پایهٔ کار هر کس پدید

هنرمند را سر برآرم بلندکشم پای دیوانه را زیر بند

بپیچم سر از رایگان‌خوارگانمگر بی‌زبانان و بیچارگان

چو دارد تنومند کار آگهینخواهم که باشد ز کاری تهی

چو بینم کسی را که او رنج بردکه با خرج او دخل او هست خرد

در آن خرجش امیدواری دهمز گنجینه خویش یاری دهم

به دین و به دانش کنم کارهادهم داد را روز بازارها

ندارم ز کس ترس در هیچ کارمگر زان کسی کاو بوَد ترس‌کار

در آس افکنم هر که‌را سود نیستببخشایم آن را که بخشودنی‌ست

جهان از سخا دارم آراستهسخن را مدد بخشم از خواسته

ستم را ز خود دور دارم به هُشستمکش نوازم، ستمگاره کش

بجای یکی بد یکی بد کنمبه پاداش نیکی یکی صد کنم

عقوبت کنم خلق را بر گناهنوازش کنم چون شود عذرخواه

چو گردن کشد خصم، گردن زنمچو در دشمنی تن زند، تن زنم

بنا کردن نیکی از من بودبدی را بدایت ز دشمن بود

من آن خاک بیزم به غربال رایکه بستانم و باز ریزم به جای

چو دولاب کاو شربت تر دهداز‌ین‌سر سِتانَد بدان‌سر دهد

به هرچ از سر تیغم آید فرازسر تازیانه‌ام کند ترکتاز

سر تیغم آرد جهان را به چنگسر تازیانه دهد بی‌درنگ

از آن آمدم بر سر این سریرکه افتادگان را شوم دستگیر

یکی پیکرم ز ابر و از آفتاببه یک دست آتش به یک دست آب

به سنگی رسَم سخت بگدازمشبه کِشتی رسم تشنه بنوازمش

به خود نامدم سوی ایران ز رومخدایم فرستاد از آن مرز و بوم

بدان تا حق از باطل آرم پدیدز من بند هر قفل یابد کلید

سر حق‌شناسان برآرم ز خاکبه باطل‌پرستان درآرم هلاک

ز دنیا بَرَم رنگِ ناداشتیدهم باد را با چراغ آشتی

فرشته کنم دیو هر خانه رابرآرایم از گنج ویرانه را

کجا عدل من سر برآرد چو سروز بیدادِ شاهین نترسد تذرو

شبانی کند گرگ بر گوسفندهمان شیر بر گور نارد گزند

بَدان را ز نیکی کنم ناصبورز نیکان بدی را کنم نیز دور

کسی را من سر برافراختمبه پای کسش در نینداختم

وگر همسری را دریدم جگرندادم به درندگان دگر

نکشتم نهانی کسی را به زهرمگر که‌آشکارا به شمشیر قهر

نه در کس جهانسوزی آموختمنه بی‌حجتی خرمنی سوختم

نخواهم که آرم به کس بر شکستوگر بشکنم مومیائیم هست

گر از من به چشمی رسد چشم‌دردتوانم درو توتیا نیز کرد

خدایم در این کار یاری دهادز چشم بدان رستگاری دهاد

چو این داستان گفت شه یک به یکنیوشنده را دست شد بر فلک

در آن انجمن بود بسیار کسبه شاه‌آزمایی گشاده نفس

از آن بوالفضولانِ بسیارگویوزان بوالحکیمانِ دیوانه‌خوی

پژوهنده‌ای بود حجت‌نمایدر آن انجمن گشت شاه‌آزمای

که شاها مرا یک درم درخورستاگر بخشی از کشوری بهترست

جهاندار گفت از خداوندِ گاهبه اندازه قدر او گنج خواه

پژوهنده گفتا چو از یک درمخجالت بَرَد شه که چیزیست کم

به ار ملک عالم ببخشد به منبه انجم رساند سرم ز انجمن

دگر باره شه گفت کای بدسگالبه اندازه خود نکردی سؤال

دو حاجت نمودی نه بر جای خویشیکی کم ز من دیگری از تو بیش

به اندازه باشد سخن گستریدگزافه سخن را نباید شنید

سخن کان به ابرو درآرد گرهاگر آفرینست ناگفته به

دگر پرسشی کرد مرد دلیرکه بالا چرایی تو و خلق زیر‌‌؟

چو گویی که یک‌رویه هستیم بارچرا زیر و بالا درآری به کار‌‌؟

ملک گفت سرور منم زین گروهچو سر زیر باشد نباشد شکوه

سر رستنی زیر زیبا بودسر آدمی به که بالا بود

به ار شاه را جای باشد بلندکه تا دیده‌ها زو شود بهره‌مند

دگر زیرکی گفت کای شهریارخردمند را با رعونت چه‌کار‌‌؟

ترا زیور ایزدی در دلستبه زیور چه پوشی تنی کز گِلست‌‌؟

مَلِک گفت که‌آرایش خسرویدهد چشم بینندگان را نوی

من ار شخص خود را چو گلشن کنمشما را به خود چشم‌روشن کنم

نبینی که چون بشکفد نوبهار‌‌؟بدو چشم‌روشن شود روزگار‌‌؟

از آن نکته‌ها مردم تیزهوشپر از لعل و پیروزه کردند گوش

دعا تازه کردند بر جان اوبه جان باز بستند پیمان او

از آن بردباری کز او یافتندبه فرمان او پاک بشتافتند

به آیین جمشید هر روز شاهشدی بر سر گاه هر صبحگاه

نوازش همی‌کرد با بندگاننگه داشت آیین فرخندگان

فرستاد نامه به هر کشوریبه هر مرزبانی و هر مهتری

گراییدشان دل به افسون خویشامان دادشان از شبیخون خویش

جهان را به فرمان خود رام کرددر آن رام کردن کم آرام کرد

Muğlar çırağını, saqi, durmadanMənə ver, qəlbimdən qoparma fəğan!

Gözlərə aydınlıq verər bu çıraq,Qəlbimin çırağı ondan alır yağ.

Söylə, ey söz, nədir sənin kimiyan?Kimdir bu sikkənə kimiya vuran?

Səndən ki alınır bu qədər bəzək,Hələ əskilməmiş bir hərfin gerçək.

Evimdən çıxdınsa, üz qoydun hara?Qapımdan uzaşdın hansı diyara?

Bizdən baş verərkən bizdən uzaqsan,Naxışlar vururkən gözdən uzaqsan.

Qəlbimin iş evi fərmanındadır,Dil xidmətçi kimi divanındadır.

Bilmirəm nə quşsan, gözəlsən, şənsən,Bizdən ən dəyərli yadigar sənsən.

Söz ki var, ucadır hər bir ucadan,Mətahın qıtlığa düşməsin bir an.

Dəyərli bir mətah olurmu kəsad?Olursa, həsəddən doğar bu fəsad.

Ey sözün ustası, durma, söz gətir,Şeirin büsatını yerinə yetir.

Ad-sanla kim yatıb - onlardan söz aç,Heyrət edənlərə söylə, əfsun saç.

Keçmişi nəql edən ravilər beləİncə bir düşüncə, doğru rəy ilə

Nəql edir: “Elə ki, uca şəhriyarİsfahan şəhrində oldu bəxtiyar,

Firuzə fələyin səadətindənİsfahan şəhrində etmədi məskən.

Tac qoymaq üçün o, İstəxrə köçdü,Kəyumərs, Keyqubad yerinə keçdi.

Onunla böyüdü, bəzəndi İran,İgidlər arxası bərkidi ondan.

Başçılar dedi: “Eşq olsun, tacidar!”O böyük baş ilə ucaldı başlar.

Töhfələr verdilər taxtına layiq,Padşahın oyanan baxtına layiq.

Nilin mənbəyindən ta Kəngə qədər,Çin dənizlərindən ta Zəngə qədər

Elçilər axışdı xərac verməyə,Taxtına, tacına alqışlar deyə.

Taxtına basınca ayaq şəhriyarSöz xəzinəsindən açdı tunc hasar:

“Eşq olsun, eşq olsun, ulu Yaradan,Xalqını yaratmış haqqa inanan.

Torpaqdan başını bir mən kimininUcaltdı, ulduzla etdi həmnişin.

İrana gətirdi Rumdan çəkərək,Əmriylə daşları yumşaltdı mumtək.

Başımı o qədər ucaltdı zaman,Yüklü kəcavəmi daşıyir dövran.

Öyrəndim o adil, ulu Tanrıdan,Ədalət yolundan dönmərəm bir an.

Yoxsula, məzluma olaram kömək,Qaranlıq gecəyə parlayan şimşək.

Ağlımla düşüncəm olmuş mənə yar,Bu dünya himayəm altında yaşar.

Doğru bir yol ilə bu gün getməli,Sabahkı günümsə bəllidir, bəlli.

Qorxaram bəhanə tapmaq günündən,Pəhrizə çalışdım varlığımla mən.

Nə aciz qarınca, nə də güclü filƏlimdən bir zərər görməz, onu bil.

Ovcumun içində olsa da, yenəDikmərəm gözümü özgə mülkünə.

Xalq mənə versə də əziyyət, kədər,Qıymaram incisin məndən bir nəfər.

Kənd ocaqlarından alıram xərac,Şəhərdən nə vergi istərəm, nə bac.

Əlimə keçsə bir xəzinə, sərvət,Hər kəsə verərəm, layiq bir qismət.

Məndən sənət alar hər bir sənətkar,Əlinə dövlətdən verərəm açar.

Qaldırram hər kimin varsa hünəri,Zəncirə çəkərəm divanələri.

Düşkünlər, dilsizlər tapacaq aman,Qurtulmaz əlimdən boş yeyib yatan.

Vücudu sağlamlar bunu bilməli,Sənətdən gərək boş qalmasın əli.

Görsəm ki, bir nəfər çəkir çox zəhmət,Qazancı xərcini ödəmir əlbət,

Elə möhtaclara, söz verirəm mən,Köməklik edərəm öz xəzinəmdən.

Din ilə, ağılla tutaram işi,Yoluna qoyaram alış-verişi.

Bir işdə kimsədən qorxum yox mənim,Qorxanlar önündə titrər bədənim.

Dəyirman yemidir fayda verməyən,Əfvə layiqləri bağışlaram mən.

Dünyaya bəxşişlə vurmuşam bəzək,Əlaçıq kimsəyə edərəm kömək.

İskəndər kimsəyə verməz əziyyət,Zalımı qəhr edər, məzluma hörmət.

Hər bir yaxşılığa bu şah yüz verər,Bir yamanlıq edən bir cəza görər.

Kim günah işləsə cəzaya çatar,Peşiman olursa, ədlim bağışlar.

Əlimdə məhv olur başı dik düşmən,Peşiman olursa, bağışlaram mən.

Mənəm yaxşılığı öncə başlayan,Yamanlıq başlayan düşmandır, düşman.

Mən ələk kimiyəm, ələrəm torpaq,Dəyərsiz qalığı ataram ancaq.

Bir dolam, quyudan suyu çəkərəm,Bu başdan alıb o başa tökərəm.

Qılıncla hər nə ki keçirsəm ələ,Paylaram yenə də qamçı ucuyla.

Bu taxtın başına keçmək, Haqq bilir,Düşkünə əl tutmaq məqsədilədir.

Vücudum olmuş həm bulud, həm Günəş,Bir əlimdə su var, birində atəş.

Önümə daş çıxsa dönər bir muma,Əkini suvarram çıxsa qarşıma.

İrana mən özüm gəlmədim Rumdan,Bu mülkə göndərmiş böyük Yaradan.

Haqqı və batili ayırd edim mən,Alır bağlı qıfıl açarı məndən.

Din daşıyan başlar qalxsın əflakə,Dinsiz başları da tullayam xakə.

Ehtiyac adını qaldırdım artıq,El ilə çırağa verim barışıq.

Hər evdə fıriştə doğurum divdən,Bir bina ucaldım hər uçuq evdən.

Harda ədalətim olsa hökmüran,Qırqovul zərrəcə qorxmaz tərlandan.

Sürüdə qoyuna qurd olar çoban,Marala, ceyrana toxunmaz aslan.

Yamanı edərəm yaxşılıqla ram,Yaxşılar yamanlıq etsə qoymaram.

Hər başı göylərə qaldırsam, bir dəO başı bir daha görməzlər yerdə.

Mənə tay olandan qopardım ciyər,Qoymadım dağıtsın başqa vəhşilər.

Kimsəni yaxmadım gizlin zəhərlə,Aşkara bağrını dəldim xəncərlə.

Nə dünya üstündə alovtək axdım,Nə də ki, səbəbsiz bir xırman yaxdım.

Kimsənin qəlbini haqsız qırmaram,Qırsam da, varımdır əldə mumiyam.

Birinin gözünü ağrıtsam əgər,Öz əlimdən darı tökmək də gələr.

Bu işdə mənə yar olsun Yaradan,Bu yaman gözlərdən qorusun hər an”.

Bunları söylərkən bir-bir İskəndər,Göylərə ucaldı dinləyən əllər.

Məclisdə var idi adam hər yandan,Birisi elədi şahı imtahan,

Natiqlik düşkünü, hədsiz söyləyən,Divanə xislətli hikmət öyrədən,

Bir casus vardı, tez öpdü dərgahı,Sınamaq istədi İskəndər şahı:

“Şahım, bir dinara ehtiyacım var,Versəniz, dünyaya dəyər bu dinar”.

Gülərək söylədi ona İskəndər:“Şahdan bəxşiş istə rütbəsi qədər”.

O casus söylədi: “Səxavətli şah,Bir dinar verməkdən utansan hərgah,

Dünyanı bağışla mənə bir kərə,Qaldır bu başımı uca göylərə”.

Şah dedi: “Ey şaşqın, bu dəfə yenəİstəyin müvafiq deyil ölçünə.

Çox yersiz iki şey istədin məndən,Biri məndən kiçik, digərindən sən.

Hər sözün xüsusi bir ölçüsü var,Ölçüsüz söylənən söz qulaq yırtar.

Bir söz ki, daşlara düyün vuracaq,Gözəl söz olsa da söyləmə, burax”.

Padşahdan soruşdu bir igid oğlan:“Xalq neçin alçaqda, sən ucadasan?

Deyirsən hamı bir yoldaşıq, ancaqNədir bu aşağı, yuxarı? Burax”.

Dedi: “Mən başçıyam, xalq isə ümmət,Baş yerə enərsə pozular şövkət.

Otlara yaraşar başını əymək,İnsanın başıysa ucada gərək.

Padşahın mövqeyi olmalı uca,Görənlər nur alsın ondan doyunca”.

Başqa bir dilavər dedi: “Şəhriyar,Ağıllı kimsəyə bəzək nə yarar?

Qəlbində var sənin Tanrı sifəti,O palçıq vücuda vurma zinəti”.

Şah dedi: “Şahanə dəbdəbə, şövkətGözlərə bəxş edər yenilik, əlbət.

Onunçun edirəm özümü gülşən,Gözünüz nurlansın, ürək olsun şən.

Görmürsən, atlaz don geyincə bahar,Nə qədər zövq alır ondan ruzigar?”

İnandı ağıllı kəslər bu sözə,Qulaqdan asdılar yaqut, firuzə.

Oldular yenidən şaha sənaxan,Hamısı ürəkdən bağladı peyman.

Xalq onu səbirli görüb oldu şən,Əmrinə baş əydi hamı yer-yerdən.

Cəmşidin rəsmiylə böyük İskəndərTaxtının başına keçdi bir səhər.

Daima göründü xalqa mehriban,Böyüklər rəsmini tutdu hər zaman.

Məktublar göndərdi hər bir diyara,Hər hüdud bəyinə, hər bir sərdara.

Ədliylə o bütün qəlbə girmişdi,Basqından hər kəsə aman vermişdi.

Dünyanı özünə etmişdi o, ram,Ram etmək yolunda tutmadı aram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri